Axtarış...

” Bravo”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “Azərbaycan Supermarket” MMC (“Bravo” market) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Xalq Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozublar. Belə ki, “Azərbaycan Supermarket” MMC (“Bravo” market) qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.
Məlumat üçün“Azərbaycan Supermarket” MMC isə 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda Dövlət Vergi Xidmətinin reyester bölməsində “Azərbaycan Supermarket” MMC barəsində məlumatlar mövcud deyil.
 
Xalq.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz