Axtarış...

Bakıda 15 yaşlı qız itkin düşdü



Bakıda yeniyetmə qız itkin düşüb.

Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.

Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

Lent.az

Text-to-Speech

DİNLƏ






Şərh yaz