
Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Ramin Qədirov dövrümüz ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər.