Axtarış...

İtaliyanın Baş naziri Qazaxıstana səfər edəcək

İtaliyanın Baş naziri Ciorcia Meloni Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 26-27 aprel tarixlərində bu ölkəyə rəsmi səfər edəcək.
 
O, aprelin 27-də Astanada keçiriləcək birinci "Mərkəzi Asiya - İtaliya" sammitində iştirak edəcək.
 
"Yüksək səviyyəli danışıqlar zamanı tərəflər Qazaxıstan-İtaliya strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırırlar", - məlumatda bildirilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz