Axtarış...

Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...

"Bildirirəm ki, 14.01.2025 ci il tarixdən Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrini və o cümlədən ümumitəhsil müəssisələrində apardığı yoxlamalar hələ də davam edir".
 
Bu barədə "Dia.az"a daxil olan müraciətdə deyilir.
 
Müraciətdə daha sonra bildirilir: "Bildirirəm ki mən Həziyeva Vəfa Sevdimalı qızı 12.04.2025 ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Abşerona təyin olunmuş komissiya sədri Arzu müəllimə rəsmi müraciət edərək bildirdim ki Sizin adınıza yəni yoxlama komissiyasının adına Xırdalan 2 nömrəli məktəbin direktoru Gülnaz Kərimova kütləvi şəkildə pul yığımı aparır. Həmçinin sizin əməkdaşlar Aqil müəllim və Elşad müəllim 10.04.2025 ci il tarixdə yəni həftənin cümə günü saat təxminən 14:00 radələrində Ziya kafesində məktəbin dirketor müavini Sevinc Abdullayeva ilə birgə nahar fasiləsinə gediblər. Hələ bu günə kimi heç bir komissiya üzvü qanundan kənara çıxıb yoxlama zamanı məktəb rəhbərliyi ilə birgə hansısa bir yerdə süfrə arxasında əyləşməyib.Bu bardə heç bir tədbir görülmədi və Arzu müəllim tərəfindən araşdırılma aparılmadı.Bu qədər şikayətin qarşısında yenidən 17.04.2025 ci il tarixdə Gülnaz Kərimova öz mənafelərni güdərərk məktəbdə rus bölməsinin ibtidai sinif müəllimlərini də əlavə edərək rəsmi şəkildə pulların yığılmasına tapşırıq verib. Çəkinmədən açıq aşkar formada məktəbin rus bölməsində pul yığımı 1-ci siniflər Orucova Ramilə müəlliməyə, 2- ci sinflər Əliyeva Nigar müəllimə, 3 cü siniflər Cəfərova Təranə müəllimə, 4 cü sinifləri İsmayılova Elnurə müəlliməyə tapşırıb və məsələni də elə yerindəcə həllinə nail olub. Azərbaycan bölməsi üzrə Əzimova Arzu Rəhbər qızı 1 ci siniflər, Əliyeva Şəhla Adışirin qızı 2 ci siniflər, ( Şəhla xanım qanunsuz olaraq direktor müavinliyi vəzifəsini də icra edir) Qədirova Afaq Məhəmməd qızı 3 cü siniflər, Əsədova Raminə Səxavət qızı 4 cü siniflər, Abdullayeva Sevinc Arif qızı 5-11 ci siniflər rus bölməsi ( Sevinc Abdullayeva direktor müavini) Tağıyeva Könül Ələkbər qızı 5-6 cı siniflər, ( direktor müavini ) Mustafayeva Əsli Cahangir qızı və Salmanova Gülçin Məhəmmədəziz qızı 8-11-ci siniflər ( direktor müavinləri ) üzrə verilən tapşırıqları çəkinmədən yığırlar
. Hər müəllimdən 100 manatdan hesablasaq 400 nəfər müəllimdən alınan məvacib 40.000 manat edir.Hələ əlavələr olarsa bu məbləğin nə qədər artacağı barədə heç nə deyə bilmərəm.Gülnaz Kərimova sən nə etmək istəyirsən? Belə ki, əvvəlcə fikirləşirdim ki pul yığımında Gülnaz Kərimovaya yaxından dəstək olan müəllimlərin adlarını hallandırmayım ayıbdır, müəllim adına ləkədir. Ancaq sonradan qərara aldım ki niyə axı bu müəllimlər özlərinə hörmət qoymayıblar aralıqda pul yığmaq işini həyata keçirirlər.Əgər bu müəllimlər xəcalət çəkmirlərsə mən niyə xəcalət çəkiməliyəm və müəllimləri fikirləşməliyəm?
 
Qeyd edim ki direktor Gülnaz Kərimova ibtidai sinif müəllimlərini, direktor müavinlərinin bir qismini (adlarını qeyd edəcəm) gizli şəkildə bu işə təhrik edib ki, məktəbə yazılacaq cərimələr çox olduğundan indidən gələcək beşinci sinifləri də müəllimlər arasında bölgüsünü aparıb.dərs saatlarına görə müəllimlərdən küllü miqdarda rüşvəti canla başla yığdırır. Mən özüm də işlədiyim dövrdə bunların şahidi olmuşam.
 
Baxın bu qədər adamları rüşvət yığmağa nə məcbur edir? Maraqlı burasıdır ki, mən kənardan bu qədər məlumatı ala bilirəm ancaq yoxlama üzvləri içəridə ola ola bu məsələlərdən xəbərsizdirlər. Bir mənalı şəkildə bildirirəm ki, rus bölmsənin müavini Abdullayeva Sevinc bloknotunda qeydiyyatlarını möhkəm apar yəqin ki istintaqa lazım olacaq. Sizin kimi cinayətkarlar hamısı qanun qarşısında cavab verəcəklər.Yoxlama komissiyasının adına yığılan pullardan görəsən komissiyanın sədrinin xəbəri var. Çünki mən bu barədə dəfələrlə bildirmişəm.Lotereya adı altında etdirir.
 
Bu pullar hara gedir maraqlana olub ay edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva? Sən niyə öz kariyeranı bu Gülnaz Kərimova kimi birinə görə məhv edirsən? Bəlkə gec deyil bir fikirləşəsiniz ay Regional İdarə? Ancaq MÜTDA ya şikayət edirəm cavab yazır ki etdiyiniz nöqsanlar öz həllini tapmadı. Sual edirəm nə zaman gəlib araşdırma aparmısınız ay MÜTDA?
 
Məktəbdə milyonlarla rüşvəti talamaqda, müəllimləri hədə qorxu içində saxlamaq, dərs saatlarını satmaq, ölü canlı texniki işçilər, şagirdlər saxlamqdan gözü doymayan Gülnaz Kərimovadan heç bir təhsil gözləntisi ola bilməz. İnsana ləkə vurmaqdan, şərləməkdən bezməyən Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Gülnaz Kərimova barəsində inanıram aidiyyatı qrumlar hərəkətə keçəcək.Yaxşı olardı Elm və Təhsil Nazirliyi və eləcə də MÜTDA fikirləşin ki Gülnaz Kərimova və ona havadarlıq edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva sizin nüfuzunuza və eləcə gələcək kariyeranıza nə qədər ləkə gətirir. İnanıram ki Respublikamızda yetərincə direktorlar var ki məktəblərimizi idarə edə bilərlər.Bəlkə Gülnaz Kırimova vəzifədən azad ediləndən sonra məktəbin müəllim və şagird heyyəti işıqlı bir gün görər.
 
Biz inanırıq ki, Abşeron-Xızı Regional Təhsil İdarəsində aparılan yoxlamanın ciddi nəzarətdə saxlanılacaq,direktorun at oynatdığı, böyük korrupsiya hallarına yol verildiyi Xırdalan 2 saylı tam orta məktəbin fəaliyyətinin dərindən yoxlanılacaq..."(Dia.az)
 
MƏSƏLƏ DİQQƏTİMİZDƏDİR...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz