Fövqəladə Hallar Nazirliyi su altında qalan “Giləzi Quşçuluq Təsərrüfatı”nın müraciətlərini qəbul etməyib.
Dünən yağan güclü yağışdan sonra sözügedən təsərrüfat sahəsini su basıb. Jurnalist Dünya Sakitin paylaşdığı məlumata görə, yağış “Giləzi Quşçuluq Təsərrüfatı”na böyük zərər vurub. Belə ki, yaxınlıqdan keçən kanalın suyu açılaraq əraziyə buraxılıb, 4 milyon yumurta qoyulmuş inkubator, kəsimxana və digər avadanlıqlar yerləşən binalar su altında qalıb:
“Ən dəhşətlisi budur ki, FHN-ə saysız müraciətlərə baxmayaraq, əraziyə bir nəfər belə göndərilməyib. Sonra da deyirik, orta və kiçik biznes niyə inkişaf etmir”.
Qeyd edək ki, yoyuq və toyuq məhsulları istehsalçı şirkətə dəyən zərərin bu məhsulların qiymətinə kəskin təsir edəcəyi gözlənilir. İqtisadçılar hesab edir ki, həm yumurta, həm də toyuq məhsullarının qiyməti təsərrüfata dəyən zərərdən sonra qalxa bilər.
Qeyd edək ki, “Giləzi-Quşçuluq Təsərrüfatı”nın rəhbəri Mahir Mirzəyevdir.
Tribunainfo.az