Az əvvə məlum oldu ki, Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.
Onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.
İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər. Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sakinlər mərhumların "Siyəzən Oil"inm işçiləri olduğunu deyirlər və selə də işə gedərkən düşüblər.
"DİA-AZ" bildirir ki, bu olaya reaksiya verən Neftçilərin Hüquqlarının müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mərhumların ailələrinə başsağlığı verməklə yanaşı, aidiyyatı qurumlara da çağırış edib. Qanuna istyinad edən hüqiq müdafiəçisi baş vermiş faciənin Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti yaratdığına işarə edərək aşağıdakı çıxarışı təqdim edib:
" İctimai təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi qaydalarını və ya işçilərin, işəgötürənlərin hüquqlarını və qanuni mənafelərini və ya bu Məcəllənin tələblərini hər hansı formada kobud şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb edilirlər".(Dia-az)