Axtarış...

Paytaxtda ekoloji fəlakətə rəvac verən 11 saylı RETSİ rəsi Qafar Ağayev məsuliyyətə cəlb olunacaq? - ARAŞDIRMALAR BAŞLADILIR

Hər kəsə məlumdur ki, Bakının "Memar Əcəmi" metrosunun ətrafında min əzabla yetişdirilmiş 30-da artıq zeytun ağacları kəsilərək məhv edilib və qanunsuz tikinti aparılır.
 
Paytaxt.org bildirir ki, bu barədə mediada yayılan faktlara baxmayaraq ərazidə ekoloji terror durmaq bilmir.
 
Bildiririk ki, tikinti aparan şirkət yaşıllığı məhv edərək ərazini hüdür hasara alıb və ağaçların məhv edildiyi sahədə indi də gecə saatlarında yerin təkin qazaraq dağıdır, kamazlarla qanunsuz torpaq daşıyır. Yəni gizli, xəlvəti və qanunsuz iş aparılır. Bəz görəsən 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev nə işlə məşğuldur? Gecə saatlarında ərazidə çəkiliş aparan əməkdaşımız dağıdılan yerin təkindən çıxırılıb daşınan torpaqla bağlı izahat tələb etsə də, məsul şəxslərdən biri cavab verməkdən yayınıb və "Qafar müəllimin xəbəri var" deyə qapını bağlayıb ərazidən uzaqlaşıb.
 
Ərazidə çəkilən kadrlardan da aydın görünür ki, hündür hasarla mühasirəyə alınmış ərazidən yüklə çıxan kamazlar gizli torpaq daşıyır. Və, bu boyda hadisəyə Ağayev əvvəklilər kimi yöz yumur. Görəsən nədən bu idarə rəisi bürokrat tikinti şirkətlərinin dəhşətli cinayətinə şərik olur. Əslində qazılan ərazi ilə bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müvafiq səndəd olmalıdır ki, həm ərazidə qazıntı aparılsın həm də qazılıb çıxarılan torpaq ayrılmış poliqona və ya digər nəzərdə tutulmuş yerlərə daşınsın! Görünür özünü qanunlardan üstün tutan Q.Ağayev yer təki sahələrinin özəl qanunlarına uyğun olaraq istifadəyə verilməsinə mükəlləfdir.
 
Qanun tanımayan, 30-dan çox yaş zeytun ağaclarını tikintiyə qurban verən 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev fəaliyyəti Baş prokurorluq tərəfindən araşdırılmalıdır. Həqiqətən də bu vəzifəli şəx paytaxtda ekologiyanın cəlladına çevrilməkdədir. Biz redaksiya olar 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Qafar Ağayev iş fəaliyyətinin yoxlanılması yolunda bir çox foto və video çəklişləri DTX və Baş prokurorluğa göndərməyə çalışacağıq.
 
Onuda bildirək ki, yüzlərə ağacların kəsilib tikintiyə qurban edilməsi, yerin təkinin dağıdılmasının cəlladlara həvaləsi, paytaxtda ekoloji fəlakətin yaranması, başsız qalan ETSN -nin linc düşməsi də hesab etmək olar...
ardı var
 
Günay Cəfərli
 
Paytaxt.org


Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz