Axtarış...

Sumqayıtda Ulu öndərin ad gününə salınan yaşıllıq məhv edilir – FOTO

 
Sumqayıt şəhəri, 14-cü məhəllə, 1A/3B ünvanında “Sumqayıt” MTK-nın rəhbəri Aslan Manafov tərəfindən ərazi hasarlanaraq qanunsuz tikinti işləri aparılır.
 
Sakinlərin sözlərinə görə, yaşadıqları binanın iki metrliyində qanunsuz tikinti həyata keçirilir. Həmçinin tikinti normalarına əməl edilmir. Şikayətçilər bildirib ki, tikinti yaşayış binasına bu qədər yaxın tikilməməlidir. Üstəlik, ərazidə yaşıllıq olub. Yaşıllıq “Sumqayıt” MTK tərəfindən məhv edilib. Hansı ki, o yaşıllıq ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə əkilmiş ağaclar idi.
 
Qeyd edək ki, sakinlər dəfələrlə Sumqayıt şəhər rəhbərliyinə müraciət ediblər, ancaq nəticəsi olmayıb. Onlar bu tikintinin qarşısının alınmasını xahiş edirlər.(Tribunainfo.az)
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz