Axtarış...

İşdən çıxarılan bağça direktorunun şikayəti təmin edilmədi

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb.
 
Bu haqda “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə dair əsaslı şübhələr müəyyən edilib.
 
Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib. Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz