Nazirliyin qərarına baxmayaraq, “Laser Beauty Clinic” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Hətta bununla bağlı yerli mediada məlumat da yayımlanıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında fəaliyyət göstərən türkiyəli Dr.Ece Oktay adlı plastik cərrah keçirdiyi əməliyyat və prosedurlarda çəkilmiş videoları sosial şəbəkədə yayımlamaqdan çəkinmir.
Ən qəribəsi isə "Vagina daraltma əməliyyatları"nı zamanı lentə alınan görüntülərin paylaşılmasıdır. Hətta özü "Instagram"da "stories" bölməsində qeyd edib ki həmin əməliyyatın paylaşımlarına görə sosial şəbəkə hesabın məhdudiyyət qoyulub.
Adıçəkilən həkim həmin əməliyyatları da məhz lisenziyası ləğv edilən filialda reallaşdırır. Həmçinin orada digər plastik prosedurlar, əməliyyatlar da həyata keçirir.
Xatırladaq ki, Rəna Soltanova Laser Beauty Clinic və Estetik Kosmetologiya Mütəxəssisləri İctimai Birliyinin təsisçisi və rəhbəridir.
32gun.az