Hazırda bankın vergi borcu 607 723,34 manat təşkil edir.
“Muğanbank” ASC 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 137 500 000 manatdır. Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. Bankı sahibi kimi isə Əhməd Vəliyev tanınır. “Muğanbank” ASC-nin səhm paketi 2022-ci ilin sonuna qədər aşağıdakı kimi bölünüb:
Elmir Mehdiyev – 67,74%
Maqbet Mehdiyev – 11,58%
Vəfa Vəliyeva – 10,65%
Fəridə Mehdiyeva – 10,03%.
Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudalarıdır.
2022-ci ilin sonundan etibarən isə bankın səhmdarları aşağıdakı şəxslərdir:
Vəliyev Samir – 40%
Vəliyev Munir- 40%
Mehtiyeva Fəridə – 10,8928%
Vəliyeva Vəfa – 8,3254%
Mehdiyev Elmir – 0,7818%.
2023-cü ildə isə bankın lisenziyası ləğv edilib. “Muğanbank” ASC hazırda ləğv prosesindədir. Qaynarinfo.az