Axtarış...

Sevgilisini əlindən aldılar, Özünüdə didərgin saldılar (Aşirət Davası)


Millitv yə müraciət edən Quliyev Əli Namiq oğlu ailə üzüvləri bildirir ki, ötən ilin yaz aylarında Əlinin tanış olduğu İmamverdili Cəlalə Qurban qızı ilə tanışlıqdan sonra aralarındakı münasibətlər ciddi sevgi münasibətinə cevrilib. 2024 - cü ilin oktyabır ayında ailə qurub evlənməyə qərar verən gənclər birdən-birə Cəlalənin ailə üzüvlərini ciddi təziqi ilə üzləşiblər. Baş verənlər nəticəsində Cəlalənin ailə üzüvləri Quliyev Əliyə hucum edərək Əlinin yaşadığı evdən gələcək həyat yoldaşı olacaq Cəlaləni zorla götürüb aparıblar. Bir neçə gündən sonra Əli, Nərimanov rayonunun Montin qəsəbəsində Cəlalə ilə görüşərkən Cəlalənin ailə üzüvləri və yaxın qohumları Əlini və Cəlaləni bir yerdə gorüb və oradaca Əlini döyərək ona müxtəlif bədən xəsarətləri yetirirlər. Aldığı xəsarətlər vaxtı ona Cəlaləyə birdə yaxınlaşacağı təqdirdə Əlini həyatdan yox edəcəklərini bildirirlər.

Baş verənlərdən sonra məlum olub ki, Cəlalənin ailə üzüvləri Əli ilə Cəlalənin yaxın münasibətləri olduğu bilmişlər və bu da Cəlalənin ailəsinin namus məsələsi olduğu üçün hazırda Cəlalənin ailə üzüvləri və yaxın qohumları ölkənin hər bir yerində Əli Quliyevi axtarmaqdadırlar. Bu səbəbdəndə Əli Quliyev ölkəni tərk etmək məcburiyətində qalmışdır..

Əli Quliyevin ailə üzüvlərinə gəldikdə isə onlar bizə bildirdilər ki, hazırad Cəlalənin ailə üzüvlərinin bu özbaşnalığı səbəbindən onlar belə Əli nin harada olduğunu bilmirlər.

Millitv
Text-to-Speech

DİNLƏ






Şərh yaz