Axtarış...

Məşhur aktyor və xanımı ölü tapıldı


Məşhur amerikalı aktyor Cin Hekmen və həyat yoldaşı Betsi Arakavanın cəsədi aşkar olunub.

95 yaşlı aktyor və 63 yaşlı həyat yoldaşının cəsədi onların Santa-Fedəki evində tapılıb.

Polisin məlumatına görə, cütlüyün üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib. Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Hekmen karyerası boyu 90-dan çox rol canlandırıb. O, əsas olaraq “The French Connection”, “Mississippi Burning”, “The Quick and the Dead” filmlərindəki rolları ilə məşhurlaşıb. Hekmen, həmçinin ikiqat “Oscar” mükafatı laureatı olub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz