Axtarış...

Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.


Elə məktəblər var ki təyinatına uyğun istifadə olunmur. Sinif otaqlarının divarlarına xörək iyi hopub.
Yevlax şəhər 4 nömrəli məktəbin direktoru Zərif xanım regional idarənin sektor müdiri Namidə xanımla əl-ələ verib məktəbi yeməkxanaya döndərmişdilər.
Yazımdan sonra dolmaları öz evlərində büküb çolpalarını da yolurlar. Amma işdəki sərgüzəştləri davam edir.
Leyla müəlliməni bu iki qadın pedaqoq barmaqlarına dolayıblar. Dəstəkçi də şübhəsiz ki regional idarədəki daha yuxarı vəzifə tutanlardı.
Çünki ola bilməz ki bu həngamə onların qulağına çatmasın. Konkret olaraq regional idarənin keçmiş rəhbəri Elçin Kərimov görəsən doğrudanmı tabeliyindəkilərin əməllərindən xəbərsiz olub?
Axı Leyla müəllimənin qaynanası, 45 ilin pedaqoqu, ağbirçək bir xanımla Mərkəzi Aran idarəsində necə mərifətsizcəsinə davranıldığını hamı bilir, rəhbər necə olur ki bilmir?
Yaşlı pedaqoq xanıma və Leyla xanıma regional idarənin müdir əvəzedicisi Cavad Cavadov əvvəl deyib səhər gəlin. Sonra günorta deyilib. Daha sonra deyiblər ki, biz belə işləyirik, budur, gedin hara, kimə istəsə şikayət edin.
Təbii ki şikayətçinin daha yuxarı təşkilatlara, məmurlara müraciətləri var. Amma hələki yetərincə faydası yoxdur.
Hanslsa sehrli əl elə bil onları hifz edib qanunsuzluqlardan ötürür. Belə olmasaydı Namidə xanımın Xaldan məktəbinə direktor təyin olunmuş rəfiqəsinin prokurorluqdakı işi 6 aydı "yatıb qalmazdı".
Bir vaxtlar Sovet İttifaqı miqyasında ən yaxşı məktəblərdən biri hesab edilən Xaldan məktəbi indi inventar oğurluğu, maliyyə kəsiri və s. yeyintili məsələlərlə ad çıxarıb.
Prokurorluq, Elm və Təhsil Nazirliyi isə bunlara göz yummuş kimi görünür.
Mən bu mövzunu açmaqla düşündüm ki, bu kimlərəsə dərs olar. Amma mənə hədələr, təhqirlər ünvanlandı.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin nə keçmiş, nə də indiki rəhbərliyindən məsələyə ciddi münasibət görmədim.
Paylaşımımda Leyla xanıma olan təzyiq və haqsızlıqları qeyd etmişdim. Düşünürdüm ki, bəlkə bir nəticə əldə ediləcək.
Amma belə olmadı. Yenə də Yevlax rayonu təhsil idarəsi, bu idarənin sektor müdiri Namidə xanım 4 nömrəli məktəbin direktoru Zərif xanımla əlbir olub iyrənc əməllərini yenidən təkrar etməyə başladılar.
Mənim sosial şəbəkədə yazdığım statusun altında öyrədilmiş adamlar-trollar fəallaşdı.
Sonradan bəzi valeynlər deyiblər ki, direktor Zərif xanım və sektor müdiri Namidə xanımın göstərişi ilə tənqidi facebook postunun altında rəylər yazdıq.
Biz bunu yazdıq, sonra vicdanımiz yol vermədi, rəylərimizi sildik. Çünki Leyla xanım bizim övladlarımızın müəlliməsi olub, təhsil verib, elmi onlara sevdirən şəxs olub.
Çox heyf ki Yevlaxa yeni təyin olunan, daha doğrusu, əvəz edən regional bölmənin müdiri də bu vicdansız insanlarla əlbirdir. Bu əlbir xanımlar valideynləri də müəllimənin üstünə təhrik edirlərmiş.
Sonradan valideynlər bunu Leyla müəlliməyə bildirib küyə getməyiblər. Deyiblər ki Leyla xanım övladlarımıza elm öyrədir, təhsil verir.
Vicdanımlz yol verməz ki ona zərbə vuraq. Biz bu haqda aidiyyatı orqanlara müraciət ünvanladıq və müəyyən cavablar almışıq.
Yaxında hər şey tam şəffaflıgı ilə məlum olacaq .Tezliklə bu işdə əli olanının hər biri öz cəzasını almalıdı. Mən isə buradan bu xanımcığazlara deyirəm ki, özünüzü yığışdırın.
Çox belə hədə-qorxu ilə danışanlar görmüşəm. Mən hədə ilə deyil, faktla danışıram.
Hərəniz yanınızda bir qulluqçu qadın saxlayırsınız. Həmin qadınları xadimə adı ilə ştata saldırıb şəxsi işlərinizdə istismar edirsiniz.
İşdə də, evdə də bütün işlərinizi görürlər. Bunu gizlədə bilməzsiniz, fotolarda qeydə alınıb.
Dəqiq vaxtları ilə məlumdur.
Hələ regional kecmiş idarə rəhbəri, müavini Cavad Cavadov, sektor müdiri Namidə xanım və başqa bir nəfər xanım Lənkəran səfərini demirəm.
Lazım olsa, o səhifəni də açıb baxarıq...Namidə xanım bu yəqin bu yazıları oxuyub gülür. Çünki haqqında yazılan tənqidlərin sildirilməsi yollarını öyrənib.
Ona görə nə deyilməsini vecinə də almır. Nə vecinə, pul hər şeyi həll etməsə də çox şeyi həll edir.
Məsələn, dövləq qulluğuna imtahan verməsə də sektor müdiri işləyir. 1500 manat alsa da Yevlaxda, Bakıda dəyəri 70 min manat olan mülklərə, ev-eşiyə, iri Nissan maşınlarına sahibdi.
Bunları 1500 manat maaşla alıb?
Sualın cavabını bəlkə Elm və Təhsil Nazirliyi bilər. Bilməsələr yəqin hüquq-mühafizə orqanları cavab tapmağa köməklik göstərərlər.
Sima Babayeva
TEREF
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz