Axtarış...

“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist


“Qadın müğənnilərin plastik əməkiyyat etdirməsini bəlkə də normal qəbul edirəm. Kişi müğənnilər də artıq əməliyyat etdirir. Bu artıq biyabırçılıqdır. Ad çəkməyəcəm. Bəzən efirləri izləyirəm, görürəm ki, çoxları etdirir. Amma aşırı dərəcədə plastik əməliyyat etdirmək olmaz. Çox çirkin, süni görünürlər. Kişi üzünə yaraşmayan cizgiləri var”

Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib.

O daha sonra əlavə edib:

“Çox üzr istəyirəm, bu sənətə bəziləri sənət üçün, oxumaq üçün yox, öz bədənlərini göstərmək üçün gəlib. Üzlərini nə günə qoyurlar! Dəhşətdir. Elə bil bir-birlərinə acıq verirlər. Hamısı eynidir. O vaxt deyirdik ki, kitaylar bir-birinə oxşayır. İndi elə bu müğənnilər bir-birinə bənzəyir. Daha da kobudlaşırlar. Çənə, çənənin üz tərəfi, bədənin digər nahiyələri eybəcər görünür. Sənətə buna görə gəlirlər. Müğənnisənsə müğənniliyini et də. Hər kəs öz zövqünə görə səliqəli, abırlı geyinməlidir. Müğənnilər indi podiuma çıxırlar. Evlərini, geyimlərini, qızıllarını göstərirlər. Sənət qalıb kənarda. Musiqidən anlayışı olan tamaşaçı belə müğənniləri qəbul etmir. Cüzi toxunuşlar ola bilər. Hamısının burnu knopkadır elə bil. Bədən şəkilləndirmə etdirirlər. Xalq artistiləri var ki, üzünə baxıb deyirəm ki, ay Allah, niyə bu günə düşüb? Sənət getdiyee! Bunlar sənətə ləkə gətirirlər! Onlardakı sənət deyil. Sənət qaldı bizim vaxtımızda. İndi mənə deyəcəklər ki, Ruhəngiz xanım köhnəfikirlidir. İndi hamısı lütlənib! Yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Təbii qalmışam. Kosmetikadan da çox istifadə etmirəm. Makiyajları da həddindən artıqdır” deyə müğənni bilmir.

Müğənni bildirib ki, həmin məşhurların övladları onlardan utanır:

“Hələ arxalarını çevirib şəkil çəkdirib qoyurlar. Biyabırçılıqdır. Sən etdiyin əməliyyatları niyə tamaşaçılara nümayiş etdirirsən?! Niyə reklam edirsən?! Təki gündəmdə olsunlar, təki bunlardan danışsınlar. Danışıqlarını da bilmirlər. Bunlara hər şey qəbuldur. Arsızlaşıblar. Bunlar bəs övladlarını fikirləşmirlər? Övladlarının başını aşağı salırlar axı. Övladları utandıqlarından susur, amma onlar da 5-10 adamın içinə çıxır. Yazıqdır axı o uşaqlar. Hamı bilir ki, o uşaq özünü açıb ortalığa qoyan müğənninin qızıdır” deyə sənətkar bildirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz