Axtarış...

Şəhərsalma Komitəsindəki korrupsiya şəbəkəsi ifşa olunur - "Dollar Cavid" ləqəbli məmurun maxinasiyaları


Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzi ilə bağlı şikayətlərin ardı-arası bitmir. Qanunsuz tikinti icazələrindən tutmuş büdcə talanına, məmur süründürməçiliyindən tutmuş tender maxinasiyalarına qədər ən müxtəlif qanun pozuntusu bu qurumun gündəlik fəaliyyətinin tərkib hissəsinə çevrilib.

AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, Ramin Abdullayevin rəhbərlik etdiyi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin korrupsiyalaşmış məmurlarından biri də sədrin xüsusi etimadını qazanan Cavid adlı şəxsdir. Yaxın çevrəsində “dollar Cavid” kimi tanınan bu şəxsin sözügedən ləqəbi onun dollara olan hədsiz sevgisi ilə bağlıdır. Elə bu sevginin nəticəsidir ki, Cavid adlı bu şəxs verdiyi bütün qanunsuz tikinti icazələrinə, habelə göz yumduğu qanunsuz tikililərə görə istədiyi rüşvəti manatla deyil, məhz dollarla tələb edir.

Məsələ ilə bağlı maraqlı nüanslardan biri də ondan ibarətdir ki, Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən keçirillən tenderlərin böyük əksəriyyəti də “dollar Cavid”ə yaxın olan şirkətlər tərəfindən udulur. Yaxın dostlarını tenderlərdən qalib çıxaran “dollar Cavid” bu “zəhmətinin” qarşılığı olaraq 100 min dollarla mənfəət əldə edir. Elə buna görə də Ramin Abdullayevin gənc kadrı çalışdığı idarə və çevrəsində tender maxinasiyalarının baş qəhrəmanı olaraq tanınmaqdadır.”Dollar Cavid”in Ərazi Tikinti Planlaşdırma Mərkəzinə necə yol tapması və onun himayədarları da maraq doğurur. Elə bu dəstək hesabına milyonlarla yeyintinin müəllifi çalışdığı qurumda yüksək posta göz dikib...(AzToday.az )
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz