Xəbər verdiyimiz kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbir bir çox məqamları ilə Beynəlxalq aləm üçün yaddaqalan və əlamətdar olub. Təsadüfi deyil ki, COP29-la bağlı dünya ölkələrinin liderləri, beynəlxalq ekspertlər də müsbət fikirlər səsləndirirlər.
Gürcü politoloq Gia Xuxaşvilinin COP29-la bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, “Müasir dünyada iqlim dəyişikliyi problemi ən mühüm problemlərdən biridir. Belə bir problemin Bakıda genişmiqyaslı müzakirəsinin keçirilməsi çox şeydən xəbər verir. Ən əsası bu qlobal problemlərin həllində Azərbaycanın rolunun durmadan artmasının daha bir təsdiqidir.
“Yaşıl dəhliz”in Orta Dəhliz üzərindən inkişafı və Mərkəzi Asiya ölkələrinin bu layihəyə marağı Azərbaycanın eləcə də Gürcüstanın da geosiyasi çəkisini xeyli artırır.
Əminəm ki, COP29 onilliklər ərzində regionun taleyini, qlobal funksiyasını və dinc, firavan inkişafını müəyyən edən hadisə kimi tarixə düşəcək”.
Bizim.Media