Axtarış...

Xəlil Göyüşovun başı dərddə -təftiş gözlənilir


Dünən gecə Bakıya normadan artıq yağıntı bir sıra fəsadlara yol açmaqla bərabər, 2 nəfərin həyatına da son qoydu. Paytaxtın sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu tuneli” adlanan yer) 1976-ci il təvəllüdlü Şirinov Elnur Fazil olğlunun və 29 yaşlı Köçəri Abbasovun cəsədi aşkarlandı.

Daha sonra isə rəsmi açıqlamalarla məlum oldu ki, bu faktlarla bağlı Sabunçu Rayon Prokurorluğunda müvafiq araşdırmalara başlanılıb.

Hadisədən sonra təbii olaraq ilk maraq doğuran tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi oldu. Bu istiqamətdə aparılan jurnalist araşdırmalarından məlum oldu ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metr olan tunelin açılışında qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Bəhs etdiyimiz hadisə bu tunelin tikintisində məlum norma və qaydalara nə dərəcədə əməl edilməsi ilə bağlı bir sıra suallar doğurdu: nasoslar, transformator və generator quraşdırılıbmı? Əgər belədirsə, niyə bu olay yaşandı? Və s.

Məlumat üçün bildirək ki, “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib, rəhbəri isə Xəlil Göyüşovdur. Şirkət Bakıda və bölgələrdə bir sıra milyonluq layihələrə imza atmaqdadır.

Xatırladaq ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı bu hadisə ilk deyil…2019-cu ilin sentyabrındaSabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tunelidə su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü. Amma, o zaman bu hadisə hansı səbəblədənsə nəinki gündəm olmadı, müvafiq araşdırmalar da aparılmadı. (Mediada bu haqda məlumata rast gəlinmədi.Red.)

Bu dəfə isə vəziyyət fərqlidir…Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun dediyi “ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir” ifadəsi hüquq-mühafizə orqanları ilə bərabər, digər aidiyyatı dövlət strukturlarının da fəaliyyətə keçəcəyi gözləntisini doğurdu.

İndi isə Yenixeber.org-a bu istiqamətdə maraqlı məlumatlar daxil olur. Məlumata görə, Xəlil Göyüşov üçün “Bu həna, o hənadan olmayacaq”. Artıq “Körpü Bina Tikinti” MMC-nin, eləcə də, cənab Göyüşovun fəaliyyətinin təftişinə start verildiyi bildirilir. Yuxarıda qeyd etdiyimiz kimi, prokurorluğun araşdırmaya başlaması səbəbindən, hələlik bu istiqamətdə geniş yazmağı uyğun bilmirik.

Yeri gəlmişkən, Xəlil Göyüşovun yüksək çinli bir məmurun “krışa”lığında fəaliyyət göstərdiyi və geniş biznes subyektlərinə sahib olduğu deyilir…

Elə bugünlərdə sosial şəbəkələrdə Xəlil Göyüşovun övladları Ramiz və Rüfət Göyüşovların Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELinə (AGO Park Hotel Betriebs GmbH, Hamburg) sahib olması haqqında məlumat yayıldı.(Yenixeber.org)

Mövzunun davamı olacaq.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz