Axtarış...

BU NƏDİ BELƏ: Neft borusu üstündə bazar... - Sakinlər deyir ki...



"İşbazın biri Binəqədi-Novxanı yolunun kənarındakı neft boruları üzərində dəmir bazarı açıb". Bu barədə Dia-az.Media-ya ünvanlanan müraciətdə deyilir.
Müraciət müəllifi daha sonra etirazını bu şəkildə ifadə edir:

"Hər gün bu bazara bir neçə kamaz dəmir daxil olur, bir o qədər də yük maşını çıxır. Bura gələn dəmrilər yolun kənarında quraşdırılan elektron dərəzidə çəklir, çeşidlənir, sonra dəmir sexlərinə yola salınır. Bütün bu proses üstü torpaqla doldurulan iri neft kəmərlərinin üstündə baş verir.

Ərazidən həm neft kəmərləri keçir, həm də bura SOCAR-ın mühafizə zolağıdır. Amma di gəl ki, dəfələrlə SOCAR-a müraciət etsək də, Neft Şirkəti şikayətimizə məhəl qoymur. Bizə deyirlər ki, guya bu ərazinin SOCAR-a aidiyati yoxdur. Halbuki, dəmir bazarının altından və ətrafından keçən kəmərlər aydın görünür.

Burda deyirlər ki, andına inandım, amma xoruzun quyruğu görünür axı..."

Məsələ diqqətimizdədir...

Dia-az.Media
Text-to-Speech

DİNLƏ






Şərh yaz