Axtarış...

Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."


Ağcabədi rayonu, Senlik kənd sakini Əfqanov Rahib Asif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, ünvanlı sosial yardımla bağlı 15.05.2024-cü il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, yoxlanış üçün gəlmirlər:

“Mən, Əfqanov Rahib Asif oğlu, yazaraq bildirirəm ki, 3 uşaq atasıyam. Daha bir övladım da bir neçə ay sonra dünyaya gələcək. Çarəsiz vəziyyətdə qalmışam. 3 uşağa baxa bilmirəm, 4-cü uşağa necə baxacağıq bilmirəm?!

Yoldaşım işləmir, evdar xanımdır. Məşğulluq İdarəsindən bizə heç bir kömək olunmur. VÖEN-də var. Ünvanlı sosial yardım üçün 15.05.2024-cü il tarixindən müraciət etmişəm, lakin heç bir cavab yoxdur. Adıma maşın da yoxdur.

Mən, çətin vəziyyətdə yaşayan bir vətəndaş olaraq, hara müraciət edəcəyimi artıq bilmirəm. Haqqım olan ünvanlı yardımı qərəzli şəkildə mənə vermirlər”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə məlumat verilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz