Axtarış...

“Orbita” MTK 8 sakini evindən küçəyə atır – Adı PA-da keçir…

“Orbita” MTK 8 sakini evindən küçəyə atır – Adı PA-da keçir…

“Orbita” MTK Bakı Apelyasiya Məhkəməsinə şikayət edərək 8 nəfərin mənzilindən çıxarılmasını tələb edir. Tribunainfo.az-ın verdiyi xəbərə görə, iş hakim İkram Şirinovun icraatındadır. Şirkət Qasımov Qəhrəman, Edilov Elnur, İbrahimov Vəkil, Nemətov Xaqani, Musazadə Vaqif, Peredriyeva Lyudmila, Şəmiyev Mübariz və Musayeva Firəngiz barəsində apelyasiya şikayəti verib.
Qeyd edək ki, şirkət əsasən Qara Qarayevdə binalar inşa edir. Qeyd edək ki, 2019-cu ilin fevral ayında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun açıqlamasında “Orbita MTK”-nın ən çox şikayət olunan tikinti şirkəti olduğunu bildirmişdi.
“Orbita” MTK-nın rəhbəri Famil Bağıyevdir. Onun şirkəti haqda internet resurslarında geniş materiallar var və tikinti normativlərini pozmaqda ittiham olunur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz