Axtarış...

Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və Prezident İlham Əliyev istər Bakı şəhərində, istərsə də digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edən hər kəsə ciddi tapşırıqlarını verir.

Yəni, ölkə rəhbəri tapşırığını verir ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”.
Möhtərəm Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkəmizin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaqvə ictimai nəzarət daha da artırlacaq. Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur.

Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur.

Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə Eldar Əzizov qeyd edir ki, “Son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, bəzi icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və hətta onlar qanunsuz tikintilərin geniş vüsət almasına şərait də yaradırlar”.

Möhtərəm Prezidentin və BŞİH başçısının bu yöndə verdiyi ciddi tapşırıqların varlığına baxmayaraq, hələ də Bakı şəhəri, Yasamal rayonu ərzisində həyata keçirilən tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək mümkün deyil. Məsələn, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-195 ünvanında inşaası həyata keçirilən yeni tikili ilə bağlı müəyyən məlumatlar daxil olub.

Daxil olan məlumatlar əsasında əməkdaşlarımız qeyd olunan ünvanda olur və onlar ətraf ərazidə yaşayan sakinlərdən lazımi məlumatlar da əldə edirlər. Ümumi söz-söhbətlər zamanı əməkdaşlarımız öyrənə bilirlər ki, qeyd olunan ünvanda inşaası həyata keçirilən tikili ilə bağlı rəsmi dövlət qurumlarından lazımi sənədlər alınmayıb.

Bu da o deməkdir ki, ətrafı müəyyən örtüklə bağlanmış həmin tikilinin inşaası qanunsuz həyata keçirilir. Bundan əlavə, daxil olan məlumatlarda o da qeyd olunur ki, həmin tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə əməl olunmur və belə bir səbəbdən də, ətrafa xoşagəlməz səs-küy yayılır, sakinlərə müəyyən narahatçılıqlar yaradılır. Bu da ətraf ərazidə yaşayan sakinlərin, ərazidən ötüb–keçən piyadaların haqlı narazılığına səbəb olmaqdadır.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, qeyd olunan ünvanda inşaası həyata keçirilən tikinti işlərinin hansı əsaslarla həyata keçirilməsinə aydınlıq gətirilməsi üçün, Yasamal RİH-nə sorğu məktubu ünvanlayıb cavablandırılmasını xahiş etsək də, təəssüflər olsun ki, adı çəkilən bu dövlət qurumdan cavab əldə edə bilmədik. Bu da onu ehtimal etməyə əsas verir ki, həmin tikiliyə “krışa”lıq edən Yasamal RİH Aparatıdır. Əgər bu belə deyilsə, o halda cənab Elşad Həsənovun icra başçısı olduğu bu dövlət qurumundan redaksiyamıza hansısa formada cavab verilərdi.

Bütün bunlar onu göstərir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-195 ünvanında qanunsuz həyata keçirilən tikinti işlərinin davam etdirilməsi, bu gün də RİH rəhbər şəxslərinin maraq dairəsi çərçivəsində atılan addımlardır. Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan, verdiyi tapşırıqlardan irəli gələn tələblərə müəyyən mənada əməl olunardı. Faktdır ki, bu gün əməl olunmur və bunun başqa bir izahı yoxdur. Deməli...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz