Axtarış...

Növbəti dalğa gəlir: “Qiymətlər yenidən artacaq” - NƏ ETMƏLİ?

Növbəti dalğa gəlir: “Qiymətlər yenidən artacaq” - NƏ ETMƏLİ?

2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib.

2024-cü ilin fevral ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,2 faiz təşkil edib.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma düyünün, qoyun ətinin, təzə balığın, kəsmiyin, kərə və zeytun yağının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kələmin, xiyarın, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, şəkərin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, yerkökünün qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin fevral ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,6 faiz təşkil edib.

Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən plastik pəncərələrin, kəsilmiş taxtaların, ucuzlaşma isə mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Maraqlıdır, Novruz bayramında bu məhsulların qiyməti yenidən artacaq?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Qocayev açıqlamasında bildirib ki, bəzi ərzaq məhsulların qiyməti süni şəkildə artırılır:

“Bura tütün məmulatlarını və spirtli içkiləri əlavə etmək olar. Zərərli vərdişlərə səbəb olan məhsulların qiyməti bilərəkdən artırılır ki, istifadəçi sayında azalma baş versin. Lakin bu praktika indiyədək özünü doğrultmayıb. Çünki zərərli vərdişləri olan şəxs və ya şəxslər qiymətindən aslı olmayaraq o məhsuldan istifadə edəcəklər. Hazırda qiymət artımının əsas səbəbi insarçılıqdır. İnsarçılığın yaranma səbəbi azad rəqəbat mühitinin olmamasıdır”.

Ekpert vurğulayıb ki, ən çox qiyməti yüksələn məhsuldan biri də ət və ət məhsullarıdır:

“Son bir il ərzində istehlak bazarında quzu və dana ətinin qiyməti rekord həddə artıb. Hər ay ətin qiymətində 50 qəpik və ya 1 manat arasında dəyişiklik olur. Bunun da səbəbi heyvandarlığın yem bazasının azalmasıdır. Məhz Azərbaycanda heyvandarlığın inkişafı üçün zəruri heç bir addım atlımır.

Ekspert qeyd edib ki, gömrük güzəştləri olmasa, ərzaq məhsulların qiymətləri yenidən artacaq:

“Ölkədə bahalaşmanın əsas səbəblərində biri də gömrükdə vergi güzəştinin aşağı səviyyədə olmasıdır. Sahibkarlar ödənilən vergi məbləğinin yüksək olmasından narazıdır. Hazırda bu sahədə hansısa bir vergi güzəştləri gözlənilmir”.(Cebhe)
Text-to-Speech

DİNLƏ






Şərh yaz