Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ş.Mişel bu barədə “X” sosial şəbəkəsində məlumat verib.
Mişel bildirib ki, tərəflər Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər:
“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”.