Axtarış...

Müştərilər “Birbank”dan İMTİNA edir - NƏ BAŞ VERİR?


“Kapital bank”dan şikayətlər artdığı ərəfədə “Birbank”la bağlı da narazılıqlar çoxalmaqdadır. Mütəxəssislər hesab edir ki, “Birbank” 2024-cü ildən etibarən müştəri yönümlü bank statusunu itirmək üzrədir.

Tribunainfo.az yazır ki, banklar üzrə mütəxəssis Murad Veysəloğlu bildirib ki, “Kapital bank” “Birbank” etibarını itirib və bunun da müəyyən səbəbləri var:

““Birbank” Cashback (debet kartı) – ən əsas üstünlüyü digər bankların bankomatında komissiyasız nağdlaşdırma etmək idi, ləğv edildi. Debet kart üzrə keşbekləri azaldıb. Debet kart üzrə 2X ƏDV-ni ləğv edib. Yanvar ayından etibarən kütləvi kiber hücumlar baş alıb gedir (əsasən kapital kartlarına). Aylıq kartdakı qalığa depozit faizini ləğv ediblər.
“Ninza Təklif”in komissiya faizini yüksəldiblər – 3 ay – 6%, 6 ay – 10%, 12 ay – 17%.
Bunlar azmış kimi tətbiqdəki çat bölməsini ləğv edib birbaşa whatsappa yönləndiriblər. Nəticədə whatsappda sorğulara gec cavab verilir.
“Kapital Bank”, bu qədər sürətli enişə keçmisiniz”, bəlkə nəzərə alasınız.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz