Sertifikasiyadan keçməyən şəxsləri işlətdiyi üçün “Caspian İnternational Hospital” barəsində inzibati xəta haqqında icraat başladılıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, hospital İnzibati Xətalar Məcəlləsinin Əhalinin saniyariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan 215.4-cü maddəsinin tələblərini pozub.
215.4-cü maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hospitalın işinə 26 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılacaq.