Axtarış...

Burda sənədli-sübutlu torpağına da əl qoyurlar... - ÖZBAŞINALIQ!


Qobustan şəhər sakini Mustafayev Əziz Əzizxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun adına sənədləşdirilmiş torpaq sahəsi Bələdiyyə tərəfindən qanunsuz yollarla ələ keçirilib və satılıb. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Mustafayev Əziz Əzizxan oğlu, 4 ildən artıqdır ki, mənə məxsus 3.50 hektar torpaq sahəsinin (JN 538, kod 30700028 saylı Dövlət Aktına əsasən ayrılmış) 0.06 ha hissəsi üzərində idman kompleksi tikilmişdir. Buna baxmayaraq, indiyədək dövlət ehtiyacı üçün istifadə olunmuş həmin torpaq sahəsi ilə bağlı mənə nə kompensasiya ödənilir, nə də əvəzinə Qobustan şəhəri daxilində həmin torpaq sahəsi ölçüsündə başqa torpaq sahəsi verilir.

Bu məsələ ilə bağlı Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədova dəfələrlə müraciət etsəm də, vəzifəli şəxs hər dəfə məsələnin yaxın vaxtlarda həll ediləcəyi barədə mücərrəd söz verməklə kifayətlənir.

Cənab Prezident!

Problemin həlli ilə bağlı illərlə davam edən süründürməçiliyə son qoyulmasının yeganə yolunu Sizin şəxsən müdaxilənizdə görürəm. Odur ki, qiymətli vaxtınızdan ayırıb, məni qəbul etməyinizi xahiş edirəm”.

Məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik, zənglərimiz cavabsız qaldı.



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz