Paytaxt Bakının rayonları içərisində qanunsuz tikinti biznesinə, yaşıllıqların məhv edilməsinə və digər neqativ hallara görə, Xətai rayonu ön sıralarda gedir. Bu neçə illərdir ki, beləcə davam edir. 2019-cu ildə Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə sakinlər arasında müəyyən ümid var idi ki, bəlkə vəziyyət müsbətə doğru dəyişər.
Amma son 3-4 ildə Xətai sakinləri tam əksini müşahidə etdilər. Özünü Qarabağ veteranı kimi qələmə verən Rafiq Quliyev icra başçısı təyin olunandan sonra rayon ərazisi az qala kənd rayonlarını xatırlatdı. Hətta parklarda qoyun sürüləri görünməyə başladı. Qanunsuz tikintilər isə Rafiq Quliyevin vaxtında daha da çoxaldı.
Qısa məlumat üçün qeyd edək ki, Quluyev Rafiq Çəpərxan oğlu 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olub. Məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.
Bu məqamda bir sual: 1993-1999-cu illərdə tələbə olan, yəni heç bir ali təhsili olmayan Rafiq Quliyev 1997-ci ildə Xətai RİH-də necə müfəttiş işləyə bilərdi..?
Növbəti yazımızda, bu və ya digər sualların cavablarını, Rafiq Quliyevin qapı-qapı düşüb özü kimi xoşagəlməz hərəkətlər edən dostlarının haqqında, Ərəblərlə iş birliyində olan, qardaşı müxalifətə yol göstərərək Neft Akademiyasında kursda qalan vəzifə sahiblərindən bəhs ediləcək yazı dərc edəcəyik. Bizi izləyin.(Gündəlik Bakı)