Axtarış...

Konor Makqreqor Dublində iğtişaşları qızışdırmaqda şübhəli bilinir


İrlandiya polisi noyabrın 23-də Dublində baş vermiş iğtişaşları qızışdırmaqda şübhəli bilinən “Ultimate Fighting Championship”in (UFC) çempionu Konor Makqreqor barəsində araşdırma aparır.

Bu barədə yerli qəzet yazır.

Verilən məlumata görə, Makqreqor bıçaqla silahlanmış bir şəxsin məktəbli qızlara hücumu ilə bağlı iğtişaşlara dair polisin başlatdığı üç istintaqdan birində təqsirləndirilən şəxs olub. Makqreqorun nümayəndəsi hələlik vəziyyətlə bağlı fikir bildirməyib.

Qeyd edək ki, Makqreqor noyabrın 23-də axşam saatlarında, iğtişaşçıların həbsindən sonra “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) vəziyyəti şərh edib. O, İrlandiya hökumətini və Dublin polisini tənqid edib. İdmançının sözlərinə görə, polis və hökumət diqqəti cinayətin özünə deyil, onun səbəb olduğu etirazlara cəmləşdiriblər.
“İrlandiyada ətrafımızda elə bir ölüm təhlükəsi var ki, bu təhlükə burada olmamalı idi. İnsanları bu qorxulu faktla bağlı dəstəkləmək üçün heç bir iş görülməyib. Siz çox az iş görürsünüz. Vəziyyəti dəyişdirin və ya istefa verin. İrlandiya qalib gələcək”, - deyə uzun müddətdir ölkə rəhbərliyini tənqid edən Makqreqor yazıb.

Mənbə: TASS
Text-to-Speech

DİNLƏ






Şərh yaz