Axtarış...

Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU... - DETALLAR

Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU... - DETALLAR


Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun səriştəsizliyindən dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıblar.

Newscenter.az həmin müraciəti təqdim edir:

Zati-aliləri!
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!

Sizin yürütdüyünüz uğurlu xarici siyasət və müdrik rəhbərliyiniz ilə Azərbaycan Ordusunun tarixi Qarabağımızın işğaldan azad edilməsini dünyanın fərqli coğrafiyalarında yaşayan soydaşlarımız böyük sevinc və qürur hissləri ilə qarşılamışdır. Sizi və Sizin simanızda Azərbaycan xalqını böyük əlamətdar tarixi qələbə münasibətilə və Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümi münasibətilə xaricdə yaşayan bütün soydaşlarımız adından səmimi qəlbdən təbrik edirik.

Cənab Prezident!

Biz dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycan dövlətini və dövlətçiliyini sadiq dəstəkləyən, milli ruhlu Azərbaycan diaspor və lobbiçilik fəalliyyəti ilə məşğul olan təşkilatlar - Sizə ümumi məktub qələmə alaraq, AR Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) və onun rəhbərliyi tərəfindən üzləşdiyimiz ciddi maneələr haqqında məlumatı yüksək diqqətinizə ərz etmək istəyirik.

Dünya Azərbaycanlılarını müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirən Azərbaycançılıq ideyasının müəllifi, Azərbaycan diasporasının qurucusu, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Milli Bayramları sırasına yeni bir tarix əlavə etdi: 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Məhz Ümummilli Liderinin bu təşəbbüsü ilə Dünya Azərbaycanlıları birləşdi və bununla da Diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu gün ürək ağrısı ilə izləyirik ki, AR Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Fuad Muradov və onun komandası, dünyada illərdir yaradılan təşkilatlar və fəal soydaşlarımız arasında ayrı-seçkilik edərək, “Yalnız bizim təyin etdiyimiz şəxslər məsul olacaq” prinsipi ilə Azərbaycanlılar arasında nifaq salır və həmrəyliyimizi parçalayır.

Vətəndən kənarda doğulub boya-başa çatan övladlarımıza və gənclərimizə bacardığımız qədər, imkanlarımız daxilində Vətən sevgisi, ana dili və Azərbaycançılıq ideologiyasını aşılamağa müəyyən qədər nail ola bilmişik. Öz sahəsində uğurlara nail olan, ali təhsilli, perspektivli, strateji düşüncəli və xaricdə dünyaya gəlmiş bu innovativ yeni nəsil Azərbaycanlılar küsdürülmüş və onlar assimilyasiyaya uğramaqdadırlar. DİDK-in hər il təşkil etdiyi yay düşərgələrinə dəvət olunan gənclərin əksəriyyəti isə xaricdə təhsil almağa getmiş Azərbaycan vətəndaşları və özlərinin şəxsi tanışlarının övladlarıdır.

Möhtərəm Prezident!

Siz 2022-ci ilin 22 aprel tarixində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında öz çıxış nitqinizdə - “Ana dilimiz bizim toxunulmaz sərvətimizdir” sözlərini xüsusilə vurğuladınız və xaricdə doğulmuş yeni nəsil Azərbaycanlılara Azərbaycançılıq idealogiyasının aşılanmasını tövsiyə etdiniz. Sizin istiqamət tövsiyənizi əsas tutaraq, DİDK-nin xaricdə “kağız üzərində” yaratdığı “əksəriyyət Azərbaycan dili həftəsonu məktəbləri” və “Azərbaycan ev”lərinin fəaliyyətində tam imkanlardan istifadə edilmir. Azərbaycan dövlət büdcəsindən bu istiqamətə ayrılmış vəsait icma ilə razılaşdırılmadan və səmərəsiz şəkildə istifadə edilməkdədir, və ya bəzi ölkələrdə Dövlət Büdcəsi ilə açılan “Azərbaycan ev”lərinin qapıları bağlı qalmaqdadır. Avropa mediasi ilə əlaqələrin yaradılması, mövcud əlaqələrdən istifadə edərək birgə əməkdaşlıq edib Azərbaycan həqiqqətlərinin yayılması istiqamətində heç bir iş görülmür. Fəal diaspor nümayəndələri və təşkilatları olaraq bu sahədə dəfələrlə təkliflər etməyimizə baxmayaraq, bizə bu işdə DİDK heç bir dəstək vermir. Azərbaycan büdcəsindən diaspor fəaliyyəti üçün ayrılan vəsait nəticəsi olmayan mənasız işlərə (əyləncələrə) xərclənir. Avropa mediasında resurslarımız və əlaqələrimiz olmasına baxmayaraq informasiya savaşında məğlub olmağımızın əsas səbəblərdən biri də budur. İllərdir diaspor və lobbiçilik fəaliyyəti istiqamətində gördüyümüz işlərin qarşısı alınır, təqdim etdiyimiz layihələr qiymətləndirilmir və rədd edilir.
Azərbaycan mediasına, gördüyümüz işlər haqqında təqdim etdiyimiz məlumatlar DİDK-in təzyiqi ilə işıqlandırılmır. Bəzi dərc olunan məqalələr isə DİDK tərəfindən jurnalistlərə zəng edərək, bizimlə əlaqələrini kəsməyi və dərc olunmuş məqalələri silməyi tələb edirlər. Bütün bu təzyiqlərə, çətinliklərə baxmayaraq, bizim Vətənə olan sevgimiz, Sizə olan sədaqətimiz heç bir zaman dəyişməyəcək və Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasını davam etdirəcəyik!

DİDK tərəfindən yaradılan Koordinasiya Şuraları, yerli şərtlərə və qanunlara uyğun olmayan, ancaq DİDK tərəfindən təyin olunan üzvlərdən və ələqələndiricilərindən ibarət olaraq şəxsi mənafelərə xidmət edirlər. Dünyada güclü şəbəkələşmiş erməni diasporasının yalan həqiqətlərinə qarşı dirəniş göstərərək əsl Azərbaycan həqqiqətlərini göstərməyə çalışdığımız halda, Azərbaycan Dövlətinə heç bir faydası olmayan və müsbət nəticə verməyən fəaliyyətlərə qarşı fikrini bildirən və komitənin ədalətsiz davranışlarına qarşı etiraz edən hər kəs “Komitənin Qara Siyahısına” əlavə olunur. DİDK-in məsul əməkdaşları tərəfindən məmur zorakılığına məruz qalırlar. Bizim şərəf və ləyaqətimizi sosial media şəbəkələrində saxta profillər açaraq (trol) şər və böhtanlarla etibarsızlaşdırmağa çalışırlar.
Bizim sosial media hesablarımız kiber hücumlarına məruz qalmaqdadır.

Yaşadığımız ölkələrdə adı gedən qurum qeyri-peşəkar işləri, strategiyasız addımları ilə Azərbaycan dövlətinə və onun xarici siyasətinin gördüyü səriştəli işlərə ziyan vurmaqda davam etməkdədir. Yüksək diqqətinizə çatdırmaq istərdik ki, DİDK son illərdə dünyada və xüsusilə Avropada vahid Azərbaycan lobbi şəbəkəsinin qurulmasında əsla maraqlı olmayıb. Əksinə olaraq bu işlərin ərsəyə gəlməsinə əngəllər yaradılmışdır. Böyük üzüntü ilə qeyd etməliyik ki, hazırda dünyada vahid çətir altında rəsmi qeydiyyatdan keçmiş Azərbaycan lobbi qrupları və ya təşkilatı hələ də mövcud deyil.

DİDK-nin rəhbətliyinin bu şəkildə fəaliyyət göstərməsini Azərbaycan dövlətçiliyinə qarşı xəyanət kimi dəyərləndiririk. Ürək ağrısı ilə müşahidə edirik ki, DİDKnin hazırki fəaliyyəti Cənab Prezidentin göstərdiyi istiqamət xəttindən çox yayınmaqdadır. Bu isə Azərbaycanla xaricdə yaşayan və yetişməkdə olan yeni nəsil diasporası arasında dərin uçuruma səbəb olur.

Zati-liləri, cənab Prezident!

Bünövrəsi Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan diasporunun acınacaqlı və həmrəylikdən parçalanmağa doğru gedən vəziyyətinin səbəblərini böyük üzüntü ilə ali diqqətinizə təqdim etməyə məcbur olduq. Ali Baş Komandan, Sizdən son dərəcədə xahiş edirik ki, qeyd etdiyimiz problemlərin
araşdırılması, diasporadakı ayrı-seçkiliyə son verilməsi istiqamətində müvafiq göstərişlər
verəsiniz.

Möhtərəm Prezident, biz Sizin uğurlu xarici siyasətinizi KİV-dən sevə-sevə izləyir və Sizinlə qürur duyuruq. Sizə və ailənizə Uca Allahdan uzun ömür və cansağlığı diləyir, Dövlətimizə və xalqımıza sülh və əmin-amanlıq arzulayırıq. Sizə olan dərin hörmət və ehtiramlarımızı qəbul etməyinizi xahiş edirik.

Imzalayanlar:

Norveç – CAN diaspora Təşkilatının sədri, Krallığı Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı,
Şervin Nəcəfpur

– CAN diaspora Təşkilatının İdarə Heyətinin üzvü, Atabəy Nəcəfpur

– Bizim Səs Təşkilatının sədri, Hüseyn Məmmədov

Niderland – Birlikdə Güclüyük Fondunun həmsədri, Krallığı Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı,
İlkana Goja van den Berg

– Birlikdə Güclüyük Fondunun həmsədri, Beynəlxalq kwalifikasiyyali Maliyyə və İdarəetmə üzrə
mütəxəsis Robert van den Berg

-Rusiya – Samara Azərbaycanlılarının Assambleyasının sədri, Federasiyası Rəsulov Elmar Ədhəm oğlu

– Dünya Azərbaycanlıları Assambleyasının sədri,
Rəşad Quliyev

-Fransa – Ulduz Assosiasiyanın rəhbəri, Respublikası Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı,
Aytən Muradova

-İspaniya – Asociación Azerbaiyanos en Españe’ın sədir, Krallığı Vahid İmanov Xalilov
İsrail – Azad Təşkilatının sədri,

-Dövləti Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı, Şakir Əhmədov

-İsveç – Vahid Azərbaycan Birliyinin sədri, Krallığı Teatrşunas,
Aya Çoqşun

– Azərbaycan İsveç Dram Teatrı “Tumurcuq” rəhbəri, Rejissor Sevinc Nəzərli

-Türkiyə – Türkiyə Azərbaycan Dərnəklər Federasiyası, Respublikası Qurucu və fəxri sədri, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi, İdarə Heyətinin sədri, Bilal Dündar

– Azərbaycan Xalqlar dostluğu cəmiyyəti sədri, Lalə Həsənova

-Belçika – Belçika Azərbaycanıları Birliyi Fəal Diasporaçı, Krallığı Cəbrayıldan məcburi köçkün, Şəhid qardaşı,
Ədalət Quliyev

– Belçika Azərbaycan Evinin rəhbəri, Türkiyə – Azərbaycan Diasporaları Platformu “www.diaspora.com.tr” internet portalının tesisçi ve baş redaktoru, Bülənt Gürcam

-Şimali Kipr – KADM I Kipr Azərbaycan Diaspora Mərkəzi Türk Cümhuriyyeti həmtəsisçisi və baş katibi, Toğrul Abbasov

-Azərbaycan – İctimai Siyasi Proseslər Beynəlxalq Respublikası Araşdırmalar Mərkəzinin sədri, Samir Adıgözəlli

-Amerika Birləşmiş – Amerikada Fəal Diaspor üzvü, Ştatları Dünya Azərbaycanlılarının V Qurultay iştirakçısı, Mehriban Nəsibova

-İtaliya – İtaliyada ali təhsil almış, Respublikası Həsənova Ülviyyə Oleq qızı

-İndoneziya – İndoneziyada Fəal Diaspor üzvü, Respublikası Hafiz Jəfərli İordaniya Haşimilər – İordaniyada Fəal Diaspor üzvü, Krallığı Kəmalə Süleymanova

– İordaniyada Fəal Diaspor üzvü, Namazova Sabina Sergey qızı //newscenter.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz