[img
]https://millitv.info/uploads/posts/2023-09/1695788218_0001.jpg[/img]
Azərbaycan hökumətinin quru sərhədləri bu dəfə də bağlı saxlaması təyyarə biletlərinin qiyməti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Vətəndaşların baha qiymətlə bilet narazılıqlarına Milli Məclisin bir çox üzvləri də dəstək verib.
Millitv.az-ın məlumatına görə, parlamentin komitə sədri Musa Quliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) hazırki rəhbəri Samir Rzayevin bir qrup deputatla görüşündə bu məsələ müzakirə olunub:
“Təyyarə biletləri mövzusunu dəfələrlə müzakirə etmişik. Eyni zamanda AZAL-ın yeni rəhbərliyi ilə Milli Məclisin bir qrup deputatları ilə görüş oldu. Görüşdə bu məsələlər müzakirə olunub. Samir Rzayev söz verib ki, bu barədə qısa müddət ərzində bir çox məsələlər üzərində tədbirlər görüləcək. Dedi ki, aşağı kateqoriya qiymətli reyslərin təmin olunması, başqa şirkətlərin dəvət olunması və qiymət optimallaşdırılması bağlı proqram hazırlayırlar. Çox güman ki, qısa müddət ərzində bunlar həyata keçiriləcək. O cümlədən, regionlarda olan hava limanlarında xidmətlərin genişləndirilməsi istiqamətində də işlər görüləcək. . Həyata keçirmək istədikləri böyük proqramları var. Bu proqramlarla tanış olduq, tənqid və təkliflərimizi bildirdik. Qeyd edək ki, bütüb bu məsələlər ilə bağlı qısa müddətə ictimaiyyətə məlumat veriləcək”.