Axtarış...

'Starex' müştərisini ÇİLƏDƏN ÇIXARDI - "Yalandan boş-boş tərifləməyin mənası yoxdur..."

'Starex' müştərisini ÇİLƏDƏN ÇIXARDI - "Yalandan boş-boş tərifləməyin mənası yoxdur..."

"Bu gün artıq 30 gündür ki, "Trendyol"dan birbaşa Azərbaycana olan sifarişimi "Starex" gətirib çıxara bilmir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elvin Mirzəzadə adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Özlərinin dediklərinə görə mərkəzi anbarda çeşidlənən zaman bağlama ilə əlaqə itib. Yəni uzun sözün qısası bağlamanı öz mərkəzi anbarlarında itiriblər. Yalandan boş-boş tərifləməyin mənası yoxdur. May ayının 18-dən verdiyim sifariş nə gəlib çıxır, nə də ki, pulum qaytarılmır..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz