Axtarış...

AQTA “Büyükfırat” restoranında nöqsanlar aşkarladı

AQTA “Büyükfırat” restoranında nöqsanlar aşkarladı


"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 29 müəssisədə nöqsanlar müəyyən olunub. Nöqsanlar qeydə alınanlar arasında “Büyükfırat” restoranı da var".

AQTA-dan Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq qeyd olunub ki, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

"Yoxlama nəticəsində Obliqat Qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl edilməməsi ilə bağlı nöqsanlar aşkar edilib", - deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, 1996-cı ildənbəri Bakıda fəaliyyət göstərən “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Türkiyəli iş adamı Hüseyn Büyükfıratdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz