Axtarış...

Kommunistlər 1 May bayramına hazırlaşırlar


Azərbaycan Kommunist Partiyası həmişəki kimi bu il də zəhmətkeşlərin beynəlxalq həmrəylik günü olan 1 May bayramını qeyd etməyə hazırlaşır. Bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ədalət Abdinov Millitv.az–a bildirmişdir.

Kommunistlər 1 May bayramına hazırlaşırlar
Partiya rəhbərinin sözlərinə görə, 1 May bayramının keçirilməsi ilə bağlı müraciətimizə Bakı Şəhər İcra Hakimiyyətində baxılır və meriyanın icazəsi olandan sonra tədbir Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəmov küçələrinin kəsişməsində, Dövlət Neft Şirkətinə məxsus “Azərneftyağ ” İstehsalat Birliyinin yaxınlığında yerləşən "Bakı Fəhləsi" heykəli önündə keçiriləcəkdir.

“Hər bir xalqın sevimli bayramı var. Ancaq Bir May baramının fərqi ondadır ki, o dünyada sərhəd tanımır. Yüz iyimi yeddi il bundan əvvəl insanlar öz həqiqi beynəlmiləl bayramlarını qurdular. Onlar bu bayramı təbiətin zəhmli qışın qandallarından azad olduğu bahar günündə qeyd etməyi qərara aldılar. Burada böyük məna vardır”, - Ədalət Abdinov bildirdi.

1 May İnsanların Sülh, Əmək, Azadlıq, Dostluq dünyasının səadətinə qovuşmaq arzusunu nümayiş etdirir – Ədalət Abdinov dedi - İnsanlar bu müqəddəs idealların kerçəkliyi uğrunda bu gün də çalışırlar. Azərbaycan fəhləsi, kəndlisi, ziyalısı, həmin gün beynəlxalq tərəqqipərvər qüvvələrlə birlik göstərərək Bir Mayın həmrəylik sevincini yaşamaq arzusundadırlar. İşıqlı sosializm, firavan həyat naminə mübarizə davam edir.

Ədalət Abdinov əlavə olaraq qeyd etdi ki, Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü – 1 May bayramını təşkil etmək və keçirmək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da borcudur. Çünki zəhmətkeşlərin hüquqlarını qorumalı olan bu təşkilat onların üzvlük haqqı ilə nəfəs alır. Lakin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sələfləri kimi özünü zəhmətkeşlərin təşkilatı saysa da, onlardan fərqli olaraq, bu bayramını keçirilməsinə nəinki maraq göstərir, hətta orada iştirak belə etmir.

Tanınmış kommunist həm də xatırlatmışdır ki, Azərbaycan Kommunist Partiyası 9 May tarixinə həsr olunmuş bayram da keçirəcəkdir.


Fəqan Zülfüqarlı

Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz