Axtarış...

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq: “Onun ailəsini tanıdığıma görə…”

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq: “Onun ailəsini tanıdığıma görə…”


Tikinti maqnatı, “Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-ya qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəməsi başlayır.

Qaynarinfo xəbər verir ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

İsfəndiya Axundov olayın təfərrüatlarını Qaynarinfo-ya açıqlayıb. Məlum olub ki, Rəşad Həsənov “Şərur” MTK-da komendant işləyib. O, təkcə İsfəndiyar Axundova deyil, 20-dən çox adama qarşı dələduzluq əməli törədib.
Ətraflı

“Şərur” MTK-nın adından istifadə edərək 20-dən çox adamı aldadıb. Təkcə mənə qarşı 1 milyon manata yaxın dələduzluq edib”, deyə tikinti maqnatı bildirib. Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz