Axtarış...

Mixail Saakaşvili: “Mən artıq ölürəm”

Mixail Saakaşvili: “Mən artıq ölürəm”


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həyatda qalmaq uğrunda mübarizə apardığını və həbsin onun sağlamlığına ciddi ziyan vurduğunu söyləyib.

Siyasətçi həbsdə müntəzəm olaraq fiziki və psixoloji işgəncələrə məruz qaldığını vurğulayıb.

Ağır metallarla zəhərləndiyini deyən 55 yaşlı Saakaşvili bunun nəticəsi olaraq 20-dən çox ağır xəstəliyə düçar olduğunu iddia edib.

“Həbsdə olarkən səhhətim kəskin şəkildə pisləşdi. Mən artıq ölürəm. Ölkədən kənarda lazımi tibbi yardım almasam, tezliklə öləcəyəm”, - M.Saakaşvili əlavə edib.
Siyasətçi əlavə edib ki, onun ölümü Gürcüstanda siyasi xaosa səbəb ola bilər.

Mənbə: Politico
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz