Axtarış...

“Fransa korsikalıları danışmaq hüququndan məhrum edir” - RƏY

“Fransa korsikalıları danışmaq hüququndan məhrum edir” - RƏY


“Fransa korsikalıları danışmaq hüququndan məhrum edir”.

Bu fikirləri “Report”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Fransa Məhkəməsinin Korsikadakı dövlət müəssisələrində yerli dilin qadağan edilməsilə bağlı qərarı insan hüquqlarının kobud şəkildə pozulmasıdır:

“Çünki korsikalılar fransız deyillər, onlar fərqli dilə, fərqli mədəniyyətə malikdirlər. Fransa dövləti isə Korsikanı koloniya kimi idarə etmək istəyir. Bu qərar Parisin radikal-milliyyətçi simasını ortaya çıxarır və bu, açıq şəkildə Korsikanın seçilmiş nümayəndələrini danışmaq hüququndan məhrum etmək deməkdir”.

“Ümumiyyətlə, Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə Fransada siyasi məhbusa çevrilmiş fəallar kifayət qədərdir. Bir neçə ay əvvəl İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda onlarla insanın xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı. Fransanın ən yoxsul bölgəsi olan Korsika əhalisi Konstitusiyada Korsika üçün xüsusi yer ayrılması, “Korsika dili”nin ölkə konstitusiyasında rəsmi dil kimi təsbit olunması, yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsini tələb edir. Rəsmi Paris isə bu tələblərin hər birini sərt şəkildə rədd edir. Fransanın Etnik Azlıqlarla bağlı Konvensiyaya qoşulmaması da bu ölkənin insan hüquqları və demokratik dəyərlərlə öyünməsilə ziddiyyət təşkil edir. Ziddiyyət həm də budur ki, korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir” -, o, vurğulayıb.

Deputat bildirib ki, Fransa Şimali Afrika ölkələrində törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır:

“Əlcəzairin azadlıq mübarizəsi zamanı 1,5 milyon insan qətlə yetirilsə də, Fransa bu rəqəmin 140 min olduğunu iddia edir və müharibə cinayətlərinə görə məsuliyyətdən boyun qaçırır. Müstəmləkə illərində edam edilmiş şəxslərə dair sənədləri də gizlədir. İtkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi üçün arxivləri açmaqdan yayınır. Afrikada keçirdiyi nüvə sınaqlarının qurbanlarının ailələrinə təzminat ödəməkdən də boyun qaçırır”.

K.Nurullayeva qeyd edib ki, Fransa müstəqillik qazanmış keçmiş koloniyalarının suverenliyinə açıq şəkildə hörmət etmir:

“Təsadüfi deyil ki, son dövlət çevrilişinə qədər Malidə ölkə daxilində uçuşlara fransızlar icazə verirdi. Afrikadakı koloniyalıların təbii sərvətləri uzun müddət amansızcasına Fransa tərəfindən istismar edilib və həmin ölkələrin sərvətləri Fransaya daşınıb. Görünən budur ki, Fransanın neomüstəmləkəçilik siyasəti davam edir. Korsikaya qarşı həyata keçirilən siyasət isə ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz