Axtarış...

ADAU rektoru MAAŞLARI NİYƏ VERMİR? - NARAZILIQ VAR!

ADAU rektoru MAAŞLARI NİYƏ VERMİR? - NARAZILIQ VAR!


"Zəfər Qurbanov ADAU-nuin tələbə və müəllimlərin fevral ayı üçün nəzərdə tutulan əməkhaqqını niyə vermir? Artıq mart ayının 10-dur, hələ də fevral ayının əməkhaqqını ala bilməyən müəllim və tələbə heyəti illərdir görmədiyi günə düşüb".

Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Məlumat müəllifləri daha sonra yazır: "Rektor əvəzi əməkhaqqı ödənişini öz dövriyyəsinə buraxaraq pul qazanır. Artıq bütün müəssələr Novruz bayramı münasibəti ilə əməkhaqlarını Cənab Prezidentin yanvar ayında verdiyi sərəncamında nəzərdə tutulan artımla verilir, amma ADAU-da heç bir müəllim, hansısa tələbə belə fevral ayının maaşını və təqaüdlərin ala bilməyib".

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz