Axtarış...

Muxtar Babayev meşə fondunun torpaqlarını Qubada kimlərə peşkəş edib - İTTİHAM VAR!

Muxtar Babayev meşə fondunun torpaqlarını Qubada kimlərə peşkəş edib - İTTİHAM VAR!


“Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır.”
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
“Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.- deyə Prezident vurğulayıb.- Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar,dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz.
Prezidentin sözlərinə görə, siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır: “Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə məmurları işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.

Xatırlatmaq istərdik ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin regionlarda yol verdiyi özbaşınalıqlardan bəhs edən araşdırma yazı vermişdik. Burada söhbət Quba meşəbəyliyinin 96 və 97 -ci kvartalında yerləşən 30 ha meşə sahəsinin 2020-ci ildə 49 illik icarə müqaviləsi adı altında nazir Muxtar Babayevin kürəkəni Elçinə şəxsən “hədiyyə” etməsindən gedirdi. İctimaiyyətə məlumat kimi təqdim etdiyimiz məqalədən sonra bizimlə əlaqə saxlayan rayon sakinləri məsləni xırda detallarına qədər açıqladılar. Rayonda olan nümayəndəmiz də faktı yerində bir daha təsdiq etdi.
Beləliklə, məlum oldu ki, ETSN Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin balansında olan və Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında, Sudax kəndi yaxınlığında yerləşən sıx meşə fondunun 210 ha- torpaq sahəsi ayrı-ayrı işbazlara bağ salmaq ( gilas, alma armud) adı altında qanunsuz olaraq 2020-ci ildə icarə müqaviləsi bağlayaraq pul qarşılığında satilmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəni Elçinə, 30 ha-nı isə dostu və özünü nazirin əmisi oğlu kimi ictimaiyyətə sırımağa çalışan ETSN Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru olmuş Fizuli Babayevin Azərbaycan Beynəlxalq Bankın Quba filialında şöbə müdiri vəzifəsində işləyən Murad adlı kürəkəninə peşkəş etmişdir. Qalan meşə sahəsinin 150 ha isə ayrı-ayrı pullu və imkanlı yerli biznesmenlərə pulla icarəyə verilmişdir. Məsələn, imkanlı şəxs olan Ərəbov Manafa 15 ha meşə təhvil verilmişdir ki, bu adam da icarə müqaviləsi bağlamağına baxmayaraq həmin ərazidə qanunsuz soyuducu və anbarlar inşa etdirmişdir. Xatırladaq ki, 210 ha meşə fondu Quba-Xudat yolunun sol tərəfində, Qusarçayı keçdikdən sonra, asfalt zavodun yaxınlığında yerləşən hissəsinin yol kənarından Fizuli Babayev üçün də 3 ha sahə ayrılmışdır. F.Babayev şosse yolun kənarında yerləşən həmin ərazidəki bütün meşə cinsli ağacları kökündən çıxarıb təmizlətmiş, əvəzində heç bir ağac əkməmişdir. Hazırda həmin 3 ha ərazini 100 min manata satışa çıxarmışdır. Yəni, kimin pulu varsa, F.Babayevi görüb dövlətin torpağını ala bilər. Meşə fondunun digər böyük ərazisi də uzun müddət Quba Regional Vergilər İdarəsində vəzifədə işləmiş Şöhrət müəllim tərərəfindən icarəyə götürülmüşdür. Məlumatlı mənbənin verdiyi açıqlamalardan məlum olur ki, sözügedən 210 ha meşə fondu torpağının təxminən 3/2 hissəsi sıx formada qorunaraq saxlanılmış palıd, vələs, qovaq, zoğal, və s. qiymətli meşə cinsli ağaclardan ibarət olmuşdur. Qalan 70 ha ərazidə isə ETSN tərəfindən qoz bağı və tinglik ağaclar salınmışdır. 10 ildən çoxdur ki, bu bağın saxlanması- suvarılması, kultivasiya işləri, mühafizəsi və s. üçün dövlət büdcəsindən hər il üçün 110 min manat vəsait ayrılıb xərclənmişdir. Və çox təəssüflər olsun ki, bu qədər maya dəyəri qoyulmuş on hektarlarla qoz bağı və tinglik sahə bir andaca ağır texnikanın köməkliyi sayəsindən kürünərək məhv edilmişdir. Eləcə də yabanı sıx meşə ağaclarının hamısı ( iri diametrli qovaq və palıd ağacları da daxil) yer üzündən silinmişdir. Əvəzində isə naziri və dostu F.Babayevin kürəkənlərinin hər birinə 30 ha olmaqla, qalanları da pullu adamlara satılmaqla geniş gilas, armud, ərik, armud bağları salınmışdır. Və maraqlısı budur ki, icarəyə götürülən bu yerlədən məhsul götürüb satan işbazlar dövlət büdcəsinə bir qəpik də olsa ödəniş etmirlər. Elə nazirin kürəkəni Elçin də daxil olmaqla. Sanki, nazir dövlətin deyil, öz dədsinin meşəsi kimi bu torpaqları “hədiyyə” edibmiş.

Bəs qanunvericilikdə nə deyilir?

Torpaq sahələri bütövlüklə Dövlət Əmlak Komitəsinin balansındadır. Meşə fondu torpaqları isə Dövlət Əmlak Komitəsinə aid olmadığından icarəyə verilə bilməz.
Meşə fondları torpaqlarının icarəyə verilməsi” haqqında AR Prezidentinin 2016-cı ildə qəbul etdiyi Sərəncamda isə göstərilir ki, “Meşə fondu torpaqlarının yalnız açıq sahələri uzunmüddətli icarəyə verilə bilər.” Yəni, yalnız seyrək kol kosdan ibarət olan meşə fondlarının icarəyə verilməsindən söhbət gedə bilər. Amma nazir Muxtar Babayev 2019-cu ildən Şəkidə Göynük meşəbəylində icarəyə vermiş 1500 ha, 1361 ha isə Layısqı meşəbəyliyi ərazisindən, Oğuz rayonun Daşağıl meşəbəyliyində icarəyə vermiş 840 ha sıx meşə ərazisinin Qəbələdə verdiyi və icarə müqaviləsi baş tutmayan 1300 ha çoxu yeniyetmə ağclardan ibarət sıx meşəliyi hüquqi və fiziki şəxslərə verməklə Prezidentin tapşırıq və göstərişlərinə qarşı qanunsuz hərəkətlərə yol vermişdir. Milli təbii sərvətlərimiz maddi maraqların təmin olunması qarşılığında buldozerlərin altında birdəfəlik məhv edilmişdir. Bir sözlə, ETSN rəhbərinin birbaşa qanunsuz göstərişi sayəsində Azərbaycanın son min illik tarixində görünməmiş ekoloji terror törədilmişdir. 2019 və 2020-ci illərdə Regional Meşə Təsərrüfatı Mərkəzlərində hüquqi və fiziki şəxslərlə bağlanan müqavilələrin 1-ci səhifəsində Ekologiya Nazirliyinin möhürü ilə icarə müqaviləsi öz təsdiqini tapmışdır. Bu da o anlama gəlir ki, nazir Muxtar Babayevin birbaşa göstərişləri əsasında Azərbaycanın müxtəlif regionlarında minlərlə ha sıx meşə fondu kürünərək məhv edilmiş, ekoloji cinayətlər törədilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il yaydığımız araşdırma yazısı hal hazırda Baş Prokurorluğun göstərişinə əsasən aidiyyatı üzrə araşdırılmaqdadır. Araşdırmanın nəticələri barədə dəyərli oxucularımıza əlavə məlumatlar veriləcəkdir.

Aktualinfo.org-un araşdırma qrupu
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz