Axtarış...

Naxçıvan xəstəxanasının SAXTAKAR ZƏBURU... - İLGİNC FAKTLAR


Naxçıvan MR Mərkəzi Xəstəxanasına tez-tez, Bakıdan müxtəlif sahələr üzrə həkimlər dəvət olunur. Ancaq, pullu xidmət göstərən bu həkimlərin pasiyentlərdən aldığı vəsaitlər dövlət büdcəsindən gizlədilir.

Millitv.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a xəstəxanada çalışan bir qrup həkim məlumat verib. Onların sözlərinə görə, büdcədən gizlədilən bu pullar, xəstəxananın baş həkimi Zəbur Bağırov və Bakıdan gələn həkimlər arasında bölünüb, mənimsənilir. Yəni, baş həkim Bakıdan gələnlərdən rüşvət alaraq, onların xəstəxanada fəaliyyətinə icazə verir.

Təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən həkimlərdən biri “Gündəlik Naxçıvan”a bildirir ki, hər dəfə Bakıdan həkimlər gələndə, xəstəxananın birinci mərtəbəsi onların ixtiyarına verilir:
"Zəbur Bağırov işçilərə və həkimlərə tapşırıb ki, yoxlama gəldiyi halda aksiya keçirildiyi, xəstələrin pulsuz müayinədən keçirildiyi bildirilsin. Hər dəfə iki həkim gəlir. Diyetoloq, kosmetoloqdan tutmuş, hər sahə üzrə həkimlər gəlir. Sonuncu dəfə yanıvarın 13-də gəlmişdilər. Əvvəlcədən xəstəxananın və həmin həkimlərin sosial səhifələrində elanlar verilir, telefon nömrələri yazılır. 100-lərlə xəstə zəng edərək, növbəyə yazılırlar. Sonra həkimlər gəlir. Vətəndaşların hər biri müayinədən keçmək üçün 100 manat ödəniş edirlər. Xəstəliyin müalicə və müayinəsinə uyğun olaraq əlavə ödənişlər də edilir. Bu pullar rəsmi qaydada qeydiyyata alınmır, pullar baş həkim və Bakıdan gələn həkimlər arasında bölünür. Xəstəxananın tibbi ləvazimatlarından istifadə olunur, heç bir vergi də ödənilmir.”
Bu həkimlərə müraciət edən xəstələrin bəziləri gözləntilərinin doğrulmadığını bildirirlər. Şərur rayon sakini Məlahət Əliyeva deyir ki, həkimlər artıq pul almaq üçün, müalicəni bilərəkdən uzadırlar:
"Birinci dəfə 170 manatlıq, ikinci dəfə 150 manatlıq resept yazdılar. Dərmanları Naxçıvanda tapa bilmədim. Zəng etdim qardaşım Bakıdan alıb göndərdi. İki ay müddətində heç bir irəliləyiş olmadı, əksinə, səhhətim pisləşdi. Onların müayinəsinə getməkdən imtina etdib, üalicə üçün Türkiyəyə getdim. Həkim reseptə baxdı və dedi ki, bu dərmanlar belə xəstə üçün çox ağırdır. Məcbur olub, yenidən müalicə alıram".
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamaq mümkün olmadı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz