Axtarış...

Naxçıvanda ŞOK PUL YIĞIMI iddiası - Zəngəzur dəhlizinin təmiri üçün 50 min manat...

Naxçıvanda ŞOK PUL YIĞIMI iddiası - Zəngəzur dəhlizinin təmiri üçün 50 min manat...


"Naxçıvan Səhiyyə Nazirliyi 2021-ci ilin aprel ayında Muxtar Respublikada fəaliyyət göstərən bəzi xəstəxanaların Baş həkimlərindən “Zəngəzur dəhlizinin təmiri və açılması üçün” pul yığıb. Kimdən 50 min, kimindən daha çox". DİA.AZ bildirir ki, bu iddia ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

Jurnalist daha sonra yazır: "Pulu yığan isə Səhiyyə nazirinin köməkçisi Məhərrəm Talıbov və Nazirliyin maliyyə sektorunun müdiri Asəf Musayev olub. Tələb olunan pulu verməyən Baş həkimlərdən biri işdən çıxarılıb.

Belə məlum olur ki, nazir Niyazi Novruzovun çetesi Naxçıvan həkimlərini rəsmən axmaq yerinə qoyurmuş. Mövcud olmayan dəhlizi necə təmir edirmişlər?"

Məsələ ilə əlaqədar bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz