Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs vəzifəsindən azad edilib.
Millitv.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov işdən azad edilərək, təqaüdə göndərilib.
Onun yerinə hələlik təyinat yoxdur.