Axtarış...

İranda senzura gücləndirilir: Yeni qanun layihəsi hazırlanıb

İran hakimiyyəti ölkə hüdudlarında senzuranı artırmaq məqsədi ilə yeni qanun layihəsi hazırlayıb.

Artıq bu gün İran parlamentinin Məhkəmə-Hüquq Komissiyası “Kiberməkanda saxta xəbərlərin hüquqi təqibi” adlı qanun layihəsini növbəti müzakirə üçün qəbul edib.

Çıxış edən şəxslər bildiriblər ki, yeni qanun layihəsi qəbul ediləndən sonra bəzi xəbərlərin müəlliflərini “ağır cəza” gözləyəcək.

Məhkəmə-Hüquq Komissiyasının sözçüsü Kazem Delxoş isə bəyan edib ki, parlamentin məhkəmə komissiyası elə bir qanun hazırlayıb və formalaşdırıb ki, yalan xəbərlər dərc edən və ya onu kiberməkanda şişirdən hər kəs ədalət mühakiməsi qarşısında cavab verməli olacaq.

Mənbə: Dw.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz