Axtarış...

BŞİH-in 800 minlik park layihəsi - Parkın özü neçəyə başa gələcək?

BŞİH-in 800 minlik park layihəsi - Parkın özü neçəyə başa gələcək?


Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "TFM-Smart Project” MMC ilə maliyyə dəyəri 725 599.7 AZN təşkil edən satılanla müqaviləsi imzalayıb.

Müqavilədə Bakı şəhəri Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatəsində yerləşən 30 ha ərazidə salınacaq parkın layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, "TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur.

Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. "TFM-Smart Project” MMC-nin adına isə Nəsimi rayonu, 5-ci mikrorayon 20 yanvar küçəsi, 22-24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsi olayında rast gəlinir.

Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən Bakı Şəhər İcra Hakimiyyəti və tabeli qurumların tenderlərinin qalibi olur. Təkcə 2022-ci ildə "Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə "TFM-Smart Project” MMC arasında maliyyə dəyəri 1 065 711.86 AZN təşkil edən 4 satınalma müqaviləsi imzalanıb.

2021-ci ildə isə MMC-lər arasında maliyyə dəyəri 550 088.86 AZN təşkil edən 2 müqavilə imzalanıb.

Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda da Abit Əliyev onun əsas adamı kimi müxtəlif vəzifələrdə çalışıb.

Eldar Əzizov 15 noyabr 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz