Axtarış...

Sumqayıt Tibb Kolleci bir korrupsiya yuvasıdır, yoxsa yox? - İTTİHAM VAR!

Sumqayıt Tibb Kolleci bir korrupsiya yuvasıdır, yoxsa yox? - İTTİHAM VAR!


Hələ iki-üç il bundan əvvəl Səhiyyə Nazirliyinə tabeli Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində baş verən bir sıra qanunsuzluqlar barədə geniş, silsilə məlumatlar yaymış, burada satınalmalarda yol verilən saxtakarlıqları geniş ictimaiyyətin diqqətinə çatdırmışdıq. Qeyd edək ki, hələ 2019-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınması, kommunikasiya islərinin satınalması üzrə onlarla kotirovka sorğusu keçirilmişdir. Bütün bunlar isə bir-iki ünvanda ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmış, amma bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərlə bağlanmış müqavilələrlə həyata keçirilib.

Həmin dövrdə, Sumqayıt Tibb Kolleci tərəfindən keçirilməsi nəzərdə tutulan kotirovka sorgularından bir-iki ay əvvəl “Port Group”, “Vip Kontakt”, ”Banfor NN”, “Home”, “Novella”, “Klass Optima”, “Drina-S”, “Bronz” kimi qırx gün ərzində NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57 ünvanında yaradılmış 8 MMC-nin fəaliyyətinin araşdırılması və bağlanılmış müqavilələrin ləğv olunması məsələsini qaldırdıq. Lakin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu ciddi qanun pozuntularını görməzdən gəldi. Nəticə necə oldu?

Həmin dövrdə biz yazmışdıq ki, bu MMC-lər vasitəsi ilə Sumqayıt Tibb Kollecinin rəhbərliyi dövlət vəsaitlərini talayır. İndi apardığımız araşdırmalardan sonra o qənaətə gəldik ki, həqiqətən Sumqayıt Tibb Kolleci dövlət üçün mütəxəssis yetişdirməkdən daha çox, dövlət büdcəsini talamaqla bərabər, həm də dövlətə olmazın maddi ziyan vurur.

Qeyd edək ki, hələ 2020-ci ildə apardığımız araşdırmalarda da, indi də bu MMC-lərin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat tapa bilmədik. Həmin dövrdə biz, qısa bir zamanda dövlət qeydiyyatına alınmış bu MMC-lərin ixtisas göstəricilərinin, analoji işlərdə təcrübəsinin, maddi texniki bazasının, maliyyə, bank təminatlarının şübhə altında olduğunu yazmışdıq. İndi isə şübhələrimizin əsassız olmadığına şahidlik edirik. Bu MMC-lərin heç biri artıq satınalmalarda iştirak etmir. Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularından başqa heç bir digər dövlət orqanlarının sifarişi ilə bağlı dövlət satınalmalarının vahid internet portalında da heç bir məlumat yoxdu. Bu həmin MMC-lərin maddi-texniki bazasının olmadığını bir daha sübut edir. Bu, həm də sözügedən MMC-lərin dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması məqsədi ilə yaradıldığını sübut edir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatları da təsdiq edir. 2019-2022-ci illərdə Sumqayıt Tibb Kollecinin satınalma müqaviləsi bağladığı MMC-lər barədə ən son məlumatlar aşağıdakı kimidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”TİROL-S GROUP” (VÖEN 1604549481) Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.10.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5.00 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, TÜRKMƏN, ev 8, m. 1, qanuni təmsilçisinin isə Hüseyinzadə Tosif Rəşid oğlu olduğu göstərilir.

“TİROL-S GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 20 033.29 manat vergi borcu var.

Qeyd edək ki, Hüseynzadə Tosif Rəşid oğlunun adına eyni tarixdə, ayrı ünvanda yaradılmış “GROVEN STYLE” (VÖEN 2007038141) MMC də dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 13686.32 manat vergi borcu var.

“MUNSİR-AZ” (VÖEN 1604456511) MMC 06.08.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, BABƏK PR, ev 78, m. 32, qanuni təmsilçisi isə Gözəlov Ramin Çingiz oğludur. “MUNSİR-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 7405.56 manat vergi borcu var.

“QUTULUŞ AZLTD” (VÖEN 1604282611) MMC 02.02.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, YAVƏR SƏFƏROV, ev 28, m. 28, qanuni təmsilçisi isə Bəylərov Rəhman Fazil oğludur. “QUTULUŞ AZLTD” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 4 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 12 673.49 manat vergi borcu var.

“LEVLON AS CONSTRAKSEN” (VÖEN 1804985571) MMC 24.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, ZABRAT ŞTQ, 2-Cİ ZABRAT DAİRƏSİ, ev 133, m. 72, qanuni təmsilçisi İbrahimova İsmət Allahverdi qızıdır. “LEVLON AS CONSTRAKSEN” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 5 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 11 777.85 manat vergi borcu var.

“AKTİV N-TİCARƏT” (VÖEN 1505166161) MMC 17.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 9A, m. 105, qanuni təmsilçisi isə Əhmədzadə Miralim Nizami oğludur.“AKTİV N-TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 91673.74 manat vergi borcu var.

“BORNİT-91” (VÖEN 1604096191) MMC 24.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, ƏLİ VƏLİYEV, ev 9A, m. 105, qanuni təmsilçisi isə Nağıyeva Qönçə Arzu qızıdır. “BORNİT-91” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 22 010.21 manat vergi borcu var.

“REAL-TEXNO SERVİS” (VÖEN 1505166031) MMC 17.08.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏLİYAR ƏLİYEV, ev 13, m. 1, qanuni təmsilçisi isə Məmmədov Arif Zülfəli oğludur. “REAL-TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 2 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 61 646.91 manat vergi borcu var.

“NOVELLA” (VÖEN 1603623571) MMC 29.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Məmmədova Lalə Azad qızıdır. “NOVELLA” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 1 il sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 3 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 24 342.95 manat vergi borcu var.

“ZZ-TİCARƏT” (VÖEN 1505143071) MMC 27.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 15, m. 2, qanuni təmsilçisi isə Rəsulov Zamin Zahir oğludur. “ZZ-TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 40 gün sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 78596.56 manat vergi borcu var.

“PORT GROUP” (VÖEN 1603585241) MMC 20.02.2019-cu il tarixdə dövlət qeydiyyatınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə İsmayılov Zakir Şakir oğludur. “PORT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən 1 il sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 13749.44 manat vergi borcu var.

Qeyd edək ki, İsmayılov Zakir Şakir oğlunun adına eyni tarixdə, eyni ünvanda yaradılmış “VİP KONTAKT” (VÖEN 1603585371) MMC də dövlət qeydiyyatına alındığı tarixdən cəmi 8 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 4 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 8149.16 manat vergi borcu var.

“BANFOR NN” (VÖEN 1603919121) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Kərimov Səməd İlham oğludur. “BANFOR NN” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 4 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 77 153.25 manat vergi borcu var.

“BRONZ”(VÖEN 1603584861) MMC 20.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Əliyev Elnur Eyvaz oğludur. “BRONZ” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 8 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 4644.46 manat vergi borcu var.

“DRİNA-S” (VÖEN 1603778401) MMC 19.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Əsgərova Sevil Mikayıl qızıdır. “DRİNA-S” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 5535.59 manat vergi borcu var.

“RABO 005” (VÖEN 1603839411) MMC 11.10.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5.00 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİ VƏLİYEV, ev 9A, m. 105, qanuni təmsilçisi isə Kərimov Alim Laçın oğludur. “RABO 005” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 1 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 6910.31 manat vergi borcu var.

“HOME” (VÖEN 1603581001) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Seydiyev Rasət Nazir oğludur. “HOME” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən 8 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 10 994.05 manat vergi borcu var.

“DİZAYN-QRUP” (VÖEN 1903828021) MMC 03.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, ƏMİRCAN ŞTQ, BAKIXANOV, ev 5, m. 0, qanuni təmsilçisi isə Talıbova Şükufə Hüseyn qızıdır. “DİZAYN-QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 10 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 1 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 6555.00 manat vergi borcu var.

“KLASS OPTİMA” (VÖEN 1603581261) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2.00 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, MƏMMƏDƏLİ ŞƏRİFLİ , ev 4, m. 57, qanuni təmsilçisi isə Qurbanlı Anar Rauf oğludur. “KLASS OPTİMA” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən 5 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 11 339.65 manat vergi borcu var.

“OKLEN-SS” (VÖEN 1305926261) MMC 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ALATAVA 1, ev 95, qanuni təmsilçisi isə Mehbəliyev Kamal Baba oğludur. “OKLEN-SS” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən cəmi 3 ay sonra Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş 2 kotirovka sorğusunun qalibi olub. Hazırki günə MMC-nin dövlətə 10 403.82 manat vergi borcu var.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən 2019-cu ilin may ayından 2022-ci ilin aprel ayına qədər 35 kotirovka sorğusu keçirilib. Müxtəlif lotlar üzrə keçirilmiş bu kotirovkalarda qalib olmuş 20 MMC-nin dövlətə hazırda ümumilikdə 495 009.43 manat vergi borcu var. Bu külli miqdarda vergi borcu haradan yaranıb?

Burada MMC-lər tərəfindən vergi öhdəliklərinin yerinə yetirmədikləri ehtimal olunur. Ona görə də ilkin vergi borcunun üstünə hər gün həmin borcun 0,1 faizi əlavə olunub. 2019-cu ildən yaranmış, yəni Sumqayıt Tibb Kolleci tərəfindən keçirilmiş kotirovkalar üzrə dövlət vəsaitlərinin MMC-lərin hesabına köçürülməsindən sonra yol verilən maliyyə maxinasiyalarının nəticələridi bu borclar. Sözügedən MMC-lərin bəzi dövlət qurumları tərəfindən formal olaraq keçirilmiş, lakin dövlət satınalmalarının vahid internet portalında açıqlanmayan başqa kotirovka sorğularının qalibi olması ehtimalları da var.

MMC-lərin kommersiya fəaliyyəti ilə məşğul olmaları mümkün deyil. Çünki kommersiya fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq vergi orqanına “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış” təqdim edilməli və həmin müddətədək vergini ödəməlidir. Əks halda ciddi problemlerlə üzləşə bilərlər. Amma adları çəkilən MMC-lər müəyyən maliyyə əməliyyatlarını 3-4 ay ərzində həyata keçirib qovluqlara atmaq üçün yaradılır. Hansı ki, Sumqayıt Tibb Kollecinin rəhbərliyi hələ ki, davam etdirir.

Qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə uzun müddətdir Rəfayıl Eyvazov rəhbərlik edir. O, bir tədris ocağının, bir dövlət müəssisəısinin rəhbəri olmaqla yanaşı həm də biznes fəaliyyəti ilə məşğuldur, Bakıda restoranlar şəbəkəsinə sahibdir. Məlumatlara görə Rəfayıl Eyvazova bu işlərdə Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri çox kömək edir. Sumqayıt Tibb Kollecində tədrisin keyfiyyətinə gəlincə. Burada yüksək bilikli tibbi təhsil almaq üçün heç nə yoxdu. Amma bol-bol rüşvət mexanizmi var. Üstəlik də dövlət vəsaitlərinin talan edilməsi.İndi siz deyin, Sumqayıt Tibb Kolleci bir korrupsya yuvasıdır, yoxsa yox…

Maraqlı orasıdır ki, Rəfayıl Eyvazovun Sumqayıt Tibb Kollecində yaratdığı bu korrupsiya şəbəkəsinə uzun illərdir göz yumulur. Elə Respublika Hesablama Palatasında da, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətində də, Baş Prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsində də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində də. Sabiq Səhiyə naziri Oqtay Şirəliyevin dövründə də həmçinin. Bəs görəsən islahatçı Səhiyyə naziri Teymur Musayev necə, Sumqayıt Tibb Kollecində baş verən bu korrupsiya əməllərinə göz yumacaq, yoxsa təcili tədbir görəcək.
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz