Axtarış...

Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Ədliyyə Nazirliyi Penitensir Xidmətinin nəzarətində olan həbsxanalarda baş verən qanunsuzluqlar, özbaşınalıqlarla bağlı redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olub. Qafqaz.media olaraq, hər dəfə bu şikayətləri saytımızda dərc etməklə, müvafiq qurumların diqqətini məlum problemlərin həllinə yönəltməyə çalışmışıq. Məsələn, sonuncu dəfə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Çingiz adlı nəzarətçinin məhkumla görüşə gələn xanıma qarşı əxlaqsız hərəkəti barədə məlumat vermişdik. Qeyd etmişdik ki, nəzarətçinin tanış olmaq məqsədilə həmin xanımdan telefon nömrəsi istəməsi “zon”da böyük qalmaqala səbəb olub və məhkumlar Çingizin cəzalandırılmasını tələb ediblər. Nətiəcədə, 1 saylı cəzaçəkmə müəssisəsində üsyan çıxacağından ehtiyat edən rəis Emin Həsənov onu vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Penitensiar Xidmət rəhəbərliyində təmsil olunan şəxslərlə bağlı Qafqaz.media-ya şikayət bu dəfə həbsxanada cəza çəkən məhkumlardan deyil, qurumun öz əməkdaşı tərəfindən göndərilib. Bəlli səbəblərdən adının hələlik açıqlanması istəməyən şikayətçi, saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər müvafiq qurumların rəhbərlərinə müraciət edərək, Penitensiar Xidmətdə baş verən rüşvət və korrupsiya halları ilə bağlı məlumat verib:

“Konvoy taboru cəngəllik qanunları ilə idarə edilir”
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

“Hörmətli cənab Prezident! Nəzərinizə çatdırmaq istərdim ki, mən 15 ildir Penitensiar Xİdmətin Konvoy taborunda mühafizəçi kimi xidmət edirəm. Son dövrlər ölkəmizdə aparılan abadlıq, quruculuq işləri, ölkəmizin inkişafı hamı kimi məni də sevindirir. Lakin aparılan islahatlara, ən əsası Sizin hər çıxışınızda qeyd etdiyiniz korrupsiyaya qarşı mübarizə sahəsinə ləkə gətirən - xidmət etdiyim Konvoy taboru haqqında bir neçə faktı diqqətinizə çatdırmaq istərdim.

Tabor komandiri mayor Mirzəyev Ruslan, müavini polkovnik-leytenant Əzizov Elçin, Avtomobil xidmətinin rəisi, baş leytenant Mirzəzadə Elmir taboru cəngəllik qanunları ilə idarə edirlər.

Belə ki, rüşvət və korrupsiya adi hal kimi həyat tərzimizə çevrilib. Kiçik bir araşdırma aparılsa, məlum olar ki, hal-hazırda tabor daxilində əlavə xidmət yaradaraq, 16 nəfər şəxsi heyət üzvü rüşvət hesabına ora cəlb edib. Yəni 4 nəfərdən ibarət yeməkxana naryadı, 4 nəfərlik nəzarət-buraxılış məntəqəsi naryadı, 4 nəfərlik avtopark naryadı, 4 nəfərlik tabor ərazisi naryadı yaradıb ki, əvvəllər bu cür naryadlar mövcud olmayıb.

Məsələn, Qarayev Ülvi mühafizəçi olduğu halda, sürücü kimi xidmətə cəlb olunur. Sürücü Vəliyev Samir “aylıqda”dır. Avtobölüyün xidmət dəftərində araşdırma aparılsa, bu və digər qanunsuzluqlar aşkara çıxarılacaq”.

Xidmətə məxsus maşınların katalizatorları sökülür...
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Şikəyətçi bildirir ki, Konvoy taboruna aid avtomobillərin katalizatorları sökülür, maşınların təmiri adı altında külli miqdarda pullar mənimsənilir: “Konvoy maşını üçün nəzərdə tutulan “Prado”, “Fiat” avtomobillərinin katalizatoru 3000 manata satılır və təmir adı ilə kifayət qədər pullar silinir. “Fiat Ducato” avtomobillərinin kondisionerləri də çıxarılaraq satılıb”.

Onun sözlərinə görə, Apellyasiya, Ağır Cinayətlər və Binəqədi məhkəmələrində olan qarovul rəisləri dustaqlarla görüş müqabilində rüşvət toplayır və bundan tabor komandiri Ruslan Mirzəyevə hər gün haqq ödəyirlər: “Bundan əlavə, Gəncə reysinə dustaq etapı üçün getməli olan maşınlardan hər həftə 2 və ya 3 avtomobil naryada artıq yazılır, konkret olaraq 10 AO 362, 10 AO 248 dövlət nömrə nişanlı avtomobillər etapa göndərilmir. Lakin yol vərəqəsi yazılır və xüsusi avadanlıq vasitəsilə onların kilometrajı süni şəkildə reysdə olan maşınların kilometrajı ilə uyğunlaşdırılır. Nəticədə, qalan avtomobillərin yanacaq və yol xərci öz xeyirləri üçün silinir”.

Avtomobillərin kilometrajları süni şəkildə artırılır
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Penitensiar Xidmət əməkdaşı yazır ki, “məhbus etapı”na göndərilməyən avtomobillərin kilometrajlarının süni şəkildə artırılması yolu ilə əldə olunan vəsait öncə sürücülərin yanacaq kartına köçürülür, daha sonra avtobölüyün Prəviz adlı əməkdaşı (baş gizir) həmin vəsaitləri onlardan toplayır.

İcazə almaq 250 manatdır
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Şikayət məktubunda o da deyilir ki, Konvoy taborunun əməkdaşları bu və ya digər səbəblərdən icazə almaq istəsə, işə gəlməməyin qarşılığında pul ödəməli olurlar: “Hər bir əməkdaşa icazə verilmir. Ailə vəziyyəti ağır olan əməkdaşlar kənarda qalır, kim 250 AZN ödəyirsə, həmin şəxsə icazə verirlər”. Məlumata əsasən, xəstəlik üçün nəzərdə tutulan müavinətlər də rəislə ikiyə bölünür: “Yəni həmin müavinətlər yarı-yarıya rəislə bölündüyü halda əməkdaşa ödənilir”.

Saz avtomobillər “təmir” adı altında sökülür və...
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Konvoy taborunun əməkdaş onu da vurğulayır ki, Penitensiar Xİdmətin Konvoy taborunda pul qazanmaq üçün saz vəziyyətdə olan avtomobillər də zaman-zaman “təmirə” göndərilir: “Təzə “Ford” avtomobillərinin mühərriklərini öz ustalarına sökdürüb, yenidən yığdırırlar, nəticədə kifayət qədər vəsaiti “silirlər”. Halbuki, həmin avtomobillərin təmirə ehtiyacı yoxdur”. Şikyətçinin dediyinə əsasən, bu maxinasiya zamanı icazələrin verilməsi və pulların yığılması avtobölüyün rəisi, baş leytenant Elmir Mirzəzadə tərəfindən həyata keçirilir.

Məhkəmə qapılarında rüşvət toplanır
Penitensiar Xidmətdə “pul yemək” üçün təzə maşınları da sökürlər... – KONVOY TABORUNUN ƏMƏKDAŞI ŞOK FAKTLARI AÇIQLADI

Məlumata görə, Rəşad Mehdiyev adlı əməkdaş Ağır Cinayətlər Məhkəməsinin giriş qapısında “haqq” yığır. Apellyasiya, Ağır Cinayətlər məhkəmələrinin qarovul rəisləri və Rəşad Mehdiyev bu toplanan pullar müqabilində 6-cı günlər xidmətdən azad edilirlər.

Şikayətçi sonda onu da bildirir ki, yuxarıda qeyd oluna faktlar Penitensiar Xİdmətin Konvoy taborunda baş verən rüşvət və korrupsiya hallarının kiçik hissəsidir, araşdırılma aparılsa, daha ciddi qanunsuzluqlar ortaya çıxacaq: “Cənab Prezident, yuxarıda sadaladığım faktlar burada baş verən qanunsuzluqların kiçik bir hissəsidir. Xahiş edirəm, bu qanunsuzluqlara son qoymaq üçün ciddi tapşırıq verəsiniz”.

Qafqaz.media

P.S. Qeyd edək ki, mövzu ilə bağlı araşdırmamız davam edəcək. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.P.S. Rəsmi qurumların diqqətinə onu da çatdırırıq ki, sadalanan faktlarla bağlı araşdırma aparmaq zərurəti yaranarsa, özünün razılığı ilə, redaksiyamıza müraciət edən şəxsin kimliyini onlara açıqlaya bilərik...

Mənbə: Qafqaz.media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz