Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühzafizəçi, 1981-ci il təvəllüdlü Sərvan Hüsyen oğlu Balasoltanovu cərəyan vurub. O, hadisə yerində vəfat edib.
Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.