Rusiyada yaşayan tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Teymur Əhmədov adına “Aznar” QSC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, “Aznar” QSC-yə qarşı məhkəmə iddiası “Xəzər İnşaat Şirkəti” MMC tərəfindən qaldırılıb.
Məhkəmə iddiası bu gün 16.09.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmə iddiası öhdəliklər üzrə mübahisələrlə bağlı qaldırılıb.
Məlumat üçün bildirək ki, “Xəzər İnşaat Şirkəti” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Azərbaycanın yük qaldırıcı və anbar avadanlıqlarının satışı, icarəsi və servisi sahəsində xidmət göstərən ən iri və aparıcı şirkətlərindəndir.
Xəbəri rus dilində oxuyun: На 150-миллионную компанию азербайджанского миллиардера подали в суд
Teymur Əhmədov adına “Aznar” QSC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 mlyon 987 min 312 manat olan QSC-nin qanuni təmsilçisi isə Teymur Fərəc oğlu Əhmədovdur.
Onu da bildirək ki, “Forbes” nəşrinə görə hazırda 1,7 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.