Mətbuatda daim, qalmaqallı mövzularda adı hallanan olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Gülayə Həsənova bu dəfə falçılarla gündəmə gəlib.
AMİA.AZ -ın redaksiyasına daxil olan məlumatda G.Həsənovanın falçılara marağının böyül olduğu iddia edilib.
Həmçinin iddia edilir ki, Rəcəb Babaşovun xanım köməkçisinin mütəmadı olaraq üz tutduğu şəxs Qazaxda "Falçı Kəmalə" kimi ad qazanan xanımdır.
İddiaya görə, Gülayə Həsənova rüşvət məsələləri ilə gündəm olarkən də, inancından əl çəkməyib və falçı rəfiqəsinin yanına təşrif buyurub.
Hətta ailə məsələlərində də, Gülayə Həsənova baxıcı rəfiqələrindən əlini üzmədiyi deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nicat Ocaqlı